Arxiv
14 Fevral 2020, 17:04 | MEDİA
Sosial şəbəkələr - operativ, lakin şübhəli

Həyatımızın ayrılmaz hissəsinə çevrilən sosial şəbəkələrdən istifadə edənlərin sayı sürətlə artır. İnsanlar sosial şəbəkədən informasiya əldə etmək, məktublaşmaq, şəkillərə və video roliklərə baxmaq, ünsiyyət yaratmaq, oyun oynamaq və s. məqsədlər üçün istifadə edirlər. Yeni bir platforma yaranıb, insanlar hər hansı bir məlumatı artıq saytlardan çox sosial şəbəkələrdən alırlar. 

 

Amma sosial şəbəkələr saytlar qədər etibarlı mənbə hesab olunurmu?

 

Məsələ ilə bağlı filologiya elmləri doktoru, media eksperti Qulu Məhərrəmli Modern.az-a danışıb.

 

Ekspert hesab edir ki, estafetin sosial şəbəkələrə keçməsinin təbii bir proses olduğunu qəbul etmək lazımdır:

 

“Amma informasiyalar üçün sosial şəbəkələrin əsas mənbə seçilməsi çox məyusedici bir haldır. Yəni bunun əsas ciddi səbəbi odur ki, bizim ənənəvi media artıq o funksiyaları yerinə yetirə bilmir. Peşəkar və operativ ola bilmirlər. Məhz bu funksiyanı sosial şəbəkə yerinə yetirmiş olur. Sosial şəbəkələrdən hər hansı bir informasiyanı almaq olar, ancaq onun nə dərəcədə düzgün bir xəbər olmağını dəqiqləşdirmək lazımdır. Düşünürəm ki, bu kimi məsələlərdə peşəkar media dizini yerə qoymamalı, yəni sosial şəbəkə qarşısında məğlub olmamalıdır. Bunun üçün də çox ciddi çalışmaq, texnologiyaya yiyələnmək və peşə borcunu yerinə yetirmək daha vacib bir faktordur. Təbii ki, bütün bunları yerinə yetirməsələr, geniş auditoriya kütləsi məlumatları sosial şəbəkələrdə axtarmış olacaq”.

 

 

 

Qulu Məhərrəmli sosial şəbəkəni mötəbər bir mənbə hesab etmir.

 

“Yəni bəzi məlumatları sosial şəbəklərdən oxuyuram, ancaq onların düzgün bir informasiya olmağına şübhə ilə yanaşıram. Dəqiqləşdirmək lazım gələndə saytlara, özümün məlumat qaynaqlarıma müraciət edirəm. Mənə elə gəlir ki, bu kimi məsələlərdə sərhədləri dəqiq bilmək lazımdır”.

 

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid isə sosial şəbəkəni daha operativ bir mənbə hesab edir:

 

“Təqribən 10 il olar sosial şəbəkələrdən istifadə edirəm. Həmişə də deyirəm ki, türkiyəli müğənni İbrahim Tatlısəsin vurulmağı ilə bağlı ilk xəbəri mən sosial şəbəkədən aldım. Daha sonra televiziya və elektron mediadan almış oldum. Yəni sosial şəbəkə operativlikdə televiziyanı da, saytları da qabaqlayır. Bu mənada yeni bir mənzərədir ki, vətəndaşın özünü ifadə etməsi, medianın bir çox funksiyaları artıq sosial şəbəkəyə köçüb. İndi sosial şəbəklər həyatımızın tərkib hissəsinə çevrilib. Günümüzün reallığı budur və biz də onu qəbul etməliyik. Çoxluğun burada olması, şübhəsiz ki, xeyli dərəcədə xaotik bir ovqat yaradır. Bəzi insanlar nəyin düz, nəyin yalnış olduğunu aydınlaşdıra bilmirlər. Hesab edirəm ki, zamanla sosial şəbəkələrdə də etibarlı profillər yaranacaq və daha çox diqqət mərkəzində olacaq. Düşünürəm ki, sosial şəbəklər medianın bir növüdür və biz də bununla razılaşmalıyıq”.

 

 

Baş redaktor vurğulayıb ki, sosial şəbəkələri etibarlı mənbə hesab etmək də düzgün deyil.

 

“Ən azından medianın bir məsuliyyət hissi var. Ancaq əksər hallarda sosial şəbəkələrdə məsuliyyət hissi olmur. Hələ ki, sosial şəbəkə tam etibarlı kütləvi informasiya vasitəsi kimi qeyd oluna bilməz. Çünki burada müxtəlif maraqlar da var, düşüncəsi yerində olmayan insanların yaydıqları xəbərlər də var. Bu səbəbdən sosial şəbəkəni etibarlı yox, operativ bir informasiya vasitəsi adlandırmaq daha doğru olar. Klassik və yeni media çalışmalıdır ki, sosial şəbəkədə yayılan hər hansı bir yalan məlumatın vaxtında qarşısını alsın. İnsanların ictimai fikirlərinin səhv bir istiqamətə yönəlməsinə imkan verməsinlər”, - deyə Rəşad Məcid qeyd edib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Nazirlikdən intihar edən müəllimə başsağlığı: “Qeyri-dəqiq məlumatların təqdimatı təəssüf doğurur” 19 Sentyabr 2020, 19:36 Xuraman Şuşalı 100 min xərclədiyi evini satışa çıxardı - VİDEO 19 Sentyabr 2020, 19:25 BDU-nun professorunu iş yerinə buraxmadılar - SƏBƏB 19 Sentyabr 2020, 19:11 Tofiq Yaqublu ilə bağlı qərar müxalifət üçün testdir - Azay Quliyev 19 Sentyabr 2020, 19:03 Prezident Qarabağ barədə DANIŞDI: “Xalq bilməlidir nələr baş verir” 19 Sentyabr 2020, 18:28 Azərbaycanda reanimasiyada olan COVİD-19 xəstələrinin sayı açıqlandı 19 Sentyabr 2020, 18:20 Naqif Həmzəyev: “Əsrin müqaviləsi”nin uğurlu icrası Azərbaycanın gücünə güc qatır" 19 Sentyabr 2020, 18:12 Konstitusiya referendumuna ehtiyac varmı… – Partiya liderlərindən MÜNASİBƏT 19 Sentyabr 2020, 18:03 Sumqayıtın yanından keçəndə hər kəs pəncərəni bağlayırdı ki….” – Ölkə başçısı 19 Sentyabr 2020, 17:52 1 həftəyə 13 milyard dollar QAZANDI 19 Sentyabr 2020, 17:40 İlham Əliyev: Bu gün Azərbaycan bütün reytinqlərdə ən qabaqcıl yerlərdədir 19 Sentyabr 2020, 17:31 Prezident təməlqoyma mərasimində... - YENİLƏNİB 19 Sentyabr 2020, 17:24 Komitə sədri seçicilərlə onlayn görüş keçirdi - FOTO 19 Sentyabr 2020, 17:22 Gəncədə 22 yaşlı oğlan naməlum şəraitdə bıçaqlanıb 19 Sentyabr 2020, 17:13 Azərbaycanda koronavirus: 148 yoluxma, 177 sağalma, 2 ölüm 19 Sentyabr 2020, 16:54 “İrsimiz məsuliyyətimizdir” adlı layihənin ilk tədbiri keçirilib 19 Sentyabr 2020, 16:23 Prezidentdən xatırlatma: “O vaxtlar rayonlarda ümumiyyətlə, qaz deyilən şey yox idi” 19 Sentyabr 2020, 16:10 Putin “Avanqard” raket kompleksinin müəllifinin adını açıqlayıb 19 Sentyabr 2020, 15:55 Hərbi Dəniz Qüvvələrindən TƏKZİB: “Bədniyyətli şəxslərdir” 19 Sentyabr 2020, 15:22 Dünyanın ən yaşlı sakini yeni REKORD VURDU 19 Sentyabr 2020, 15:11 İranda virusdan ölənlərin sayı 24 mini keçdi 19 Sentyabr 2020, 14:56 Türkiyə televiziyasında “Üç cizgi” adlı Azərbaycan proqramı yayımlanacaq  19 Sentyabr 2020, 14:48 1,8 milyon manatı mənimsəyən şirkət rəhbəri ilə bağlı istintaq aparılıb 19 Sentyabr 2020, 14:40 Erməni hakerlər Tarix İnstitutunun araşdırmalarını dərc edən KİV-ə hücum ediblər 19 Sentyabr 2020, 14:30 “Ölkəmizin həm siyasi, həm iqtisadi nailiyyətləri böyük dərəcədə neft-qaz amilinə söykənir” 19 Sentyabr 2020, 14:16 Azərbaycan neftinin qiyməti ucuzlaşdı 19 Sentyabr 2020, 14:14 Oğuzda heyvanların kütləvi zəhərlənməsinin qarşısı alınıb 19 Sentyabr 2020, 14:05 Deputat Tofiq Yaqublu ilə bağlı qərarı “cəza siyasətinin humanistləşdirilməsi” sayır 19 Sentyabr 2020, 14:01 Müxalifət niyə birləşə bilmir? – Sabir Rüstəmxanlı səbəbləri AÇIQLADI 19 Sentyabr 2020, 13:50 SOCAR 2035-ci ilə qədər planlarını ELAN ETDİ 19 Sentyabr 2020, 13:41 Paşinyanin arvadı erməni qadınlarını yenidən hərbi təlimə TOPLAYIR 19 Sentyabr 2020, 13:32 Çay haqqında bilmədiklərimiz 19 Sentyabr 2020, 13:25 Bağlanmış bankların əmanətçilərinə qaytarılan MƏBLƏĞ 19 Sentyabr 2020, 13:12 Prokurorluq fəhlənin ölümü ilə bağlı məlumat yaydı 19 Sentyabr 2020, 12:55 Əmək pensiyaları ilə bağlı hansı dəyişikliklər olacaq?  19 Sentyabr 2020, 12:33