Modern.az

Gənclər təlimlərə cəlb edildi

Gənclər təlimlərə cəlb edildi

Aktual

16 Fevral 2020, 23:36

Fevralın 8-13 tarixlərində "Vişeqrad+" Fondunun maliyyə dəstəyi və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının təşkilatçılığı ilə “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsi həyata keçirilib.

Modern.az xəbər verir ki, fevralın 9-10-da  Gürcüstanda baş tutan təlimlərdə 5 ölkədən olan 10 gənc həssas qrupdan olan gənclərin inklüzivliyi və bu istiqamətdə qarşılaşdıqları çətinlikləri bölüşüblər.


Təlim iştirakçıları Norveç psixoloqu Erik Eriksonun psixoloji inkişaf nəzəriyyəsi haqqında məlumatlandırılıb və qrup işində bu nəzəriyyənin praktiki olaraq iş prosesində tətbiq olunma yollarını müzakirə ediblər. Təlimin yekununda iştirakçılar qruplara ayrılaraq, gənclərin inklüzivliyinin artırılması ilə bağlı risk faktorlarını müzakirə edib, fiziki, sosial, psixoloji aspektdən təhlillər aparıblar.


Layihənin növbəti mərhələsi isə fevralın 12-də  Polşanın Vroslav şəhərində baş tutub. İştirakçılar “Dolnośląska Wojewódzka Komenda Ochotniczych Hufców Pracy” və “Regionalny Urząd Rządowy UMWD” mərkəzlərinə səfər ediblər. Təşkilatlar həssas qrupdan olan gənclər ilə çalışarkən qarşılaşdığı çətinlikləri və öhdəsindən gəlmək üçün istifadə etdikləri strategiyanı iştirakçılarla bölüşüblər.


“Prywatny Ośrodek Terapii Uzależnień TRATWA” mərkəzində təlimçi fiziki məhdudiyyətli gənclərlə necə işlədiyini praktiki şəkildə iştirakçılara izah edib. Sessiya zamanı iştirakçılar da öz təcrübələrini bölüşərək, onları maraqlandıran suallar ətrafında müzakirələr aparıblar.


Nəhayət fevralın 13-də Çexiyanın Ostrava şəhərində “Həssas qrupdan olan gənclərin inklüzivliyi və inteqrasiyası naminə gənclər sektorunda fəaliyyət göstərən şəxslərin potensialının artırılması” layihəsinin son günü uğurla başa çatıb.

Məlumat sessiyası zamanı iştirakçılar həssas qrupdan olan insanların işləri və ideyaları əsasında fəaliyyət göstərən “Spirala Ostrava” mərkəzi ilə yanaşı fiziki məhdudiyyətli şəxslər tərəfindən yaradılmış “Edukana” və “Mlecny Bar Naproti” restoranlarına da səfər ediblər.

Təlimlərdə iştirak edən azərbaycanlı nümayəndə Kamran Əzizli layihə haqqında fikirlərini bu cür ifadə edib:
"Sosial bərabərliyə nail olmaq üçün cəmiyyətdə xüsusi diqqətə ehtiyacı olan qrupların maraqları nəzərə alınmalıdır.  Bu istiqamətdə xarici təcrübənin öyrənilməsi  gənclərin fəaliyyət istiqamətlərini daha da genişləndirir".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü