Modern.az

Fransada yaşayan soydaşımız Dünya çempionatına vəsiqə qazandı  

Fransada yaşayan soydaşımız Dünya çempionatına vəsiqə qazandı  

Aktual

17 Fevral 2020, 15:59

Fransada yaşayan soydaşımız Asiman Abbasov cüdonun GGB növü üzrə Paris şəhərində keçirilən turnirdə 1-ci yerə çıxaraq, Dünya cempionatına vəsiqə qazanıb.


Modern.az xəbər verir ki, 19 yaşlı Asiman Abbasov 2004-cü ildən ailəsi ilə birlikdə Fransanın Nant şəhərində yaşayır. 2019-cu Nant şəhərində Texnologiya Kollecini bitirib, hazırda “İMS” Universitetinin (Institut des métiers de l'enseignement supérieur) “Bisnes-menecment” ixtisasi üzrə 1-ci kurs tələbəsidir.

 

8 yaşından idmanla məşğuldur. Güləş üzrə departament, Atlantik regionu və Fransa çempionluğunu qazanıb.
Hazırda isə cüdo idman növü ilə məşğul olan Asiman Abbasov cüdo üzrə departament çempionu, Fransa regional cempionu, Lissabon şəhərində Avropa 4-cüsü və 2-ci dəfə Fransa cempionu olub. Həmyerlimiz Fransanın Nantz şəhərində yaşamağına baxmayaraq, bütün yarışlarında Azərbaycan bayrağını dalğalandırır.

Nant Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəi Zaur Rzayev cəmiyyət adından daim Asiman Abbasova dəstək olduqlarını bildirir.


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir