Modern.az

Bəzi dairələrdən şikayətlər DSK-lara göndərildi

Bəzi dairələrdən şikayətlər DSK-lara göndərildi

17 Fevral 2020, 16:22

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilən növbədənkənar parlament seçkilərinin nəticələri ilə bağlı bəzi seçki dairələrindən deputatlığa namizədlərin müraciətlərinə baxılıb.

 

Modern.az-ın məlumatına görə, müraciətlər barədə MSK üzvü Ramiz İbrahimov məlumat verib.

 

İclasda 88 saylı Göyçay, 46 saylı Şirvan, 54 saylı Qusar, 42 saylı Sumqayıt ikinci seçki dairələrindən edilmiş şikayətlərin baxılması üçün dairə seçki komissiyalarına (DSK) göndərilməsinə qərar verilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...