Modern.az

Ramil Şeydayevin "Sabah"a keçidi rəsmiləşdi

Ramil Şeydayevin

Aktual

17 Fevral 2020, 20:33

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin karyerasını yenidən ölkəmizdə davam etdirəcəyi rəsmiləşib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, 24 yaşlı futbolçu "Sabah" klubu ilə müqavilə imzalayıb.

Anlaşmaya əsasən, Şeydayev mövsümün sonuna qədər Bakı təmsilçisinin uğurları üçün çalışacaq. O, yeni komandasında 99 nömrəli formada çıxış edəcək.

Ramil futbolçu karyerasına Rusiyanın “Zenit” klubunda başlayıb. Daha sonra Sankt-Peterburq təmsilçisinin əsas komandasının, Rusiyanın “Rubin”, “Krılya Sovetov”, “Dinamo” (Moskva), Türkiyənin “Trabzonspor”, Slovakiyanın “Jilina” klublarının və ölkəmizdə “Qarabağ”ın uğurları üçün çalışıb.

Şeydayev Rusiya millisinin aşağı yaş qruplarının, həmçinin bu ölkənin 21 yaşadək futbolçulardan ibarət komandasının üzvü olub. 2016-cı ildən Azərbaycan yığmasının şərəfini qoruyan Ramil, əsas millimizdə keçirdiyi 26 oyunda 4 qola imza atıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır