Modern.az

Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə çatıb

Çində koronavirusdan ölənlərin sayı 1868 nəfərə çatıb

18 Fevral 2020, 07:56

Materik Çində koronavirusla yoluxmanın təsdiqlənmiş hallarının sayı 72,4 min nəfəri keçib.

 

Modern.az-ın məlumatına görə, bu barədə Çinin səhiyyə məsələləri üzrə dövlət komitəsi bildirib.

 

Qeyd edilib ki, onlardan 1,8 mindən çox insan həlak olub, 12,5 min nəfər müalicə olunub və xəstəxanalardan buraxılıb.

 

Ötən gün ərzində ölkə üzrə ümumilikdə 1886 təsdiq olunmuş yoluxma hadisəsi aşkar edilib, 98 ölüm hadisəsi qeydə alınıb, 1701 xəstə evə buraxılıb.

 

Ən son məlumatlara görə, materik Çində koronavirusla yoluxma hallarının sayı 72,436 nəfər təşkil edib, onlardan 1868 nəfər ölüb, 12,552 nəfər xəstəxanalardan evə buraxılıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir