Modern.az

Nigar Arpadarainin lider olduğu dairədə araşdırmalar BAŞLADI

Nigar Arpadarainin lider olduğu dairədə araşdırmalar BAŞLADI

Aktual

18 Fevral 2020, 16:24

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da keçirilmiş növbədənkənar parlament seçkilərində iştirak etmiş deputatlığa namizədlərin şikayətlərinə baxılır.  

 

Modern.az xəbər verir ki, iclasda 29 saylı seçki dairəsi üzrə daxil olmuş müraciətlərə baxılıb. Müzakirələrin yekununda müraciətlərin araşdırılması üçün müvafiq Dairə Seçki Komissiyasına (DSK) göndərilməsinə qərar verilib.

 

Qeyd edək ki, 29 saylı Səbail seçki dairəsi üzrə lider namizəd Nigar Arpadarai idi.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir