Modern.az

Daha 2 tələbə koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

Daha 2 tələbə koronavirus şübhəsilə xəstəxanaya yerləşdirildi

19 Fevral 2020, 09:36

Səhiyyə Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumat açıqlayıb.

 

Qurumların mətbuat xidmətlərindən Modern.az-a daxil olan birgə məlumata görə, Kliniki Tibbi Mərkəzin fevralın 19-u üçün Yoluxucu xəstəliklər şöbəsinə 2 nəfər yerləşdirilib:

 

“Onlar Çinin Huancou şəhərində təhsil alan 1997-ci il təvəllüdlü iki Azərbaycan vətəndaşıdır. Hər ikisi Çinin Şanxay şəhərindən təyyarə ilə Moskvaya daha sonra isə Bakıya gəliblər. Bu gün gecə saat 3 radələrində hava limanına daxil olan tələbələr öz istəkləri ilə, həkim müşahidəsi üçün, Kliniki Tibbi Mərkəzə çatdırılıblar”.

 

Qeyd edilib ki, Çinin Huancou şəhəri xəstəlik alovlanan ərazidən kənarda yerləşir:

 

“Həkim müşahidəsinə götürülən tələbələrin xəstə şəxslərlə kontaktı olmayıb. Saat 07:30 üçün yoluxucu xəstəliklər şöbəsindən Səhiyyə Nazirliyinə verilən məlumata görə hər iki şəxsin bədəninin hərarəti normaya uyğundur, səhhətlərində problem yoxdur. Həkim müşahidələri davam edir”.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu