Modern.az

Türkiyənin Azərbaycandakı səfiri rektorla görüşdü

Türkiyənin Azərbaycandakı səfiri rektorla görüşdü

19 Fevral 2020, 14:12

Fevralın 19-da Türkiyə Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral Azərbaycan Texniki Universitetinin (AzTU) qonağı olub.

 

Modern.az xəbər verir ki, rektor Vilayət Vəliyev səfirə universitetdə aparılan islahatlar və bu yaxınlarda AzTU nümayəndə heyətinin Türkiyəyə etdiyi işgüzar səfər və nəticələri barədə danışıb.

 

Rektor İstanbul və Ankara şəhərlərinin qabaqcıl universitetləri, eləcə də təhsil qurumları ilə keçirilən mühüm görüşlər haqqında ətraflı məlumat verib.

 

Dəvətə görə təşəkkürünü bildirən səfir Erkan Özoral Türkiyədə keçirilən görüşləri AzTU üçün faydalı hesab etdiyini vurğulayıb. Qeyd edib ki, bundan sonra da qardaş ölkə universitetləri arasında əlaqələrin inkişaf etdirilməsi üçün öz səylərini əsirgəməyəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi