Modern.az

Paşinyan müdafiə və daxili işlər nazirlərini dəyişməyəcək

Paşinyan müdafiə və daxili işlər nazirlərini dəyişməyəcək

Aktual

Bu gün, 17:12

Ermənistanın Baş naziri Nikol Paşinyan yeni hökumətdə müdafiə və daxili işlər nazirlərinin vəzifələrini qoruyacağını açıqlayıb.

Modern.az xəbər verir ki, Paşinyan bu barədə jurnalistlərə açıqlamasında danışıb.

Baş nazirə son aylarda orduda qeyri-döyüş şəraitində hərbçilərin ölüm hallarının artması fonunda müdafiə və daxili işlər nazirlərinin yenidən təyin edilib-edilməyəcəyi barədə sual ünvanlanıb. Jurnalistlərin məlumatına görə, ilin əvvəlindən bu cür 8 hadisə qeydə alınıb.

Paşinyan hər iki nazirin yenidən təyin olunacağını təsdiqləyərək, mayın 28-də Ermənistanda keçirilən hərbi paradı da xatırladıb.

"Bəli, yenidən təyin olunacaqlar... Düşünürəm ki, buna Ermənistanda mayın 28-də keçirilən hərbi parad da sübutdur", – deyə baş nazir bildirib.

Ordudakı vəziyyəti şərh edən Paşinyan problemin həllini cəmiyyətin sosial psixologiyasının dəyişməsində gördüyünü deyib.

Onun sözlərinə görə, orduda baş verən hadisələrin təxminən 70 faizi Silahlı Qüvvələrin fəaliyyəti ilə birbaşa bağlı olmayan amillərdən qaynaqlanır.

Paşinyan zabit heyətinin də müəyyən məsuliyyət daşıdığını vurğulayıb, lakin hər bir hadisənin ayrıca araşdırılmasının vacibliyini qeyd edib.

Xatırladaq ki, Paşinyan daha əvvəl Ermənistanın ABŞ-dakı sabiq səfiri Lilit Makuntsun Baş nazir Aparatının rəhbəri təyin olunacağını, həmçinin hakim "Vətəndaş Müqaviləsi" Partiyasının yeni parlament komissiyalarına sədr namizədlərini də açıqlamışdı.

Sizə yeni x var
Keçid et
Putin Krımı Donbasla əvəzləyəcək - Rusiyayla bağlı DƏHŞƏTLİ İDDİA