Arxiv
20 Fevral 2020, 17:01 | AKTUAL
Baş Prokurorluq "orqan mafiyası" ilə bağlı məlumat YAYDI

Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə guya insan orqanlarının qanunsuz alqı-satqısı ilə məşğul olan cinayətkar dəstə tərəfindən Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ailə üzvlərinin icazəsi olmadan ölən şəxsin meyitinin daxili orqanlarının satış məqsədi ilə çıxarılması üçün əməliyyat olunmasına dair əsassız məlumatlar yayılıb.

 

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) və Baş Prokurorluğun mətbuat xidmətlərindən Modern.az-a daxil olan birgə məlumata görə, bu informasiya ictimaiyyətdə yanlış fikrin formalaşdırılmasına xidmət etməklə cəmiyyətdə geniş ajiotaja səbəb olmuş həmin məlumatlar həqiqəti əks etdirmədiyindən təkzib olunur:

 

“Belə ki, cari il fevralın 13-də saat 11 radələrində Biləsuvar rayon sakini 1987-ci il təvəllüdlü Hüseyn Mirzəyevin hündürlükdən yıxılması nəticəsində aldığı xəsarətlərlə “qapalı kəllə-beyin travması, daxili qanaxma” diaqnozu ilə Biləsuvar rayon mərkəzi xəstəxanasına daxil olması və həmin gün saat 15 radələrində orada vəfat etməsi barədə daxil olmuş məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspertin iştirakı ilə meyitə baxış keçirilib.

 

Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1 (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilib”.

 

“Hüseyn Mirzəyevin meyiti “məhkəmə-tibbi ekspertizasının təyin edilməsi haqqında” rayon prokurorluğunun müstəntiqinin qərarı əsasında Səhiyyə Nazirliyinin “Məhkəmə-tibbi ekspertiza və Patoloji anatomiya” Elmi-Təcrübi və Tədris Birliyinin Biləsuvar rayon şöbəsinin təşrih otağında məhkəmə-tibb eksperti tərəfindən prokurorluq və polis əməkdaşlarının, eləcə də mərhumun ailə üzvlərinin iştirakı ilə xarici və daxili müayinə olunub.

 

Meyit daxili müayinə olunduqdan sonra ailə üzvlərinə təhvil verilmiş, mərhum rayonun Bəydili kənd qəbiristanlığında dəfn olunub. Hazırda iş üzrə zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir”,- deyə rəsmi məlumatda qeyd olunub.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda tikinti materialları bazarında yanğın başlayıb 2 Aprel 2020, 00:57 Bakıda qəza törədən sürücü qaçıb 2 Aprel 2020, 00:45 Koronavirus bu şəxsə bir ayda 4 milyard dollar qazandırdı - Foto 2 Aprel 2020, 00:26 Kəlbəcərsizliyin 27 ili  2 Aprel 2020, 00:08 Ordumuzun Aprel zəfərindən 4 il ötür 2 Aprel 2020, 00:01 Dünyada koronavirusa yoluxanların sayı milyona çatır 1 Aprel 2020, 23:47 Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 23:35 Bakıda ağır yol qəzası: yaralı var 1 Aprel 2020, 23:17 Fransada daha 509 nəfər koronavirusdan öldü 1 Aprel 2020, 23:02 Koronavirus hava ilə yayıla bilir - VİDEO 1 Aprel 2020, 22:44 Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi 1 Aprel 2020, 22:29 UEFA klublara əlavə vaxt verir 1 Aprel 2020, 22:15 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb 1 Aprel 2020, 22:03 Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü 1 Aprel 2020, 21:49 Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu 1 Aprel 2020, 21:38 Bu şəxslərə aylıq 250 manat mükafat veriləcək - RƏSMİ 1 Aprel 2020, 21:17 Gəncədə karantin rejimini pozan sakinlər cərimələndi 1 Aprel 2020, 21:03 İtaliyada daha 727 nəfər koronavirusdan ölüb 1 Aprel 2020, 20:48 Dövlət dili normalarını pozanlar bu qədər CƏRİMƏLƏNƏCƏK 1 Aprel 2020, 20:35 100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaq 1 Aprel 2020, 20:19 Sumqayıtda karantin rejimini pozan yüzə yaxın şəxs cərimələndi 1 Aprel 2020, 20:01 Aqil Abbas haqqı 1 Aprel 2020, 19:56 ÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədir 1 Aprel 2020, 19:37 Çempionlar Liqasının yarımçıq qalan oyunları bu ayda başlayacaq 1 Aprel 2020, 19:18 Deputatlar onlayn iclas keçirdilər - FOTO 1 Aprel 2020, 19:06 Gənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADI 1 Aprel 2020, 18:42 Millət vəkili pandemiya ilə bağlı veriləcək imtiyaz və güzəştlərdən DANIŞDI 1 Aprel 2020, 18:40 Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirib 1 Aprel 2020, 18:32 Dolların sabaha olan MƏZƏNNƏSİ 1 Aprel 2020, 18:23 Bakıda xüsusi karantin rejimini pozan daha bir obyekt cərimələndi 1 Aprel 2020, 18:23 Ombudsmandan əlillərlə bağlı vacib MÜRACİƏT 1 Aprel 2020, 18:17 “Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun!” - Mehriban Əliyeva 1 Aprel 2020, 18:09 Avrokuboklar və milli çempionatlar iyulda bərpa oluna bilər 1 Aprel 2020, 18:00 Sahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulub 1 Aprel 2020, 17:55 Deputatdan TƏKLİF: “Karantin dövründə mobil bankomatlar yaradılsın” 1 Aprel 2020, 17:50