Arxiv
21 Fevral 2020, 11:05 | QARABAĞ
“Paşinyan demək istəyir ki, Qarabağ ətrafındakı rayonları boşaltmayacaqlar” - EKSPERT

Almaniyanın Münhen şəhərindəki Təhlükəsizlik Konfransından qayıdan Ermənistanın baş naziri Nikol Paşinyan ölkəsinin  İctimai Televiziyasına müsahibə verib.

 

Baş nazir müsahibəsində  Dağlıq Qarabağ ətrafındakı ərazilərdən danışarkən “Qarabağ klanının” yanaşmasını təkrarlayıb: “Dağlıq Qarabağ ətrafındakı rayonların nəzarət altında saxlanılması bölgədə yaşayan ermənilərin təhlükəsizliyi baxımından vacibdir. Təhlükə Dağlıq Qarabağdan uzaq olmalıdır”.

 

Modern.az xəbər verir ki, “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu məsələyə bu cür şərh verib:

“Paşinyan demək istəyir ki, rəsmi Bakı onları “qane edən” təkliflər hazırlamayınca Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmayacaqlar. “Qaneedici” təkliflər dedikdə isə böyük ehtimalla Dağlıq Qarabağın statusunun bəri başdan müəyyənləşdirilməsini və bölgədə separatçılarla Azərbaycan ordusu arasında sülhəmarlı qüvvələrin yerləşdirilməsini nəzərdə tuturlar.

İkincisi, Nikol Paşinyan martın 31-də Dağlıq Qarabağda keçiriləcək “prezident seçkisində” bölgədə yaşayan ermənilərin doğru qərar verməsini istəyir. “Artsax əhalisi Ermənistanın legitimi hakimiyyətinə qarşı düşmən mövqedə dayanan şəxsə səs verməməlidir” deyən Paşinyan bu sözləri ilə fakitiki 14 “namizəddən” bir neçəsinin onun legitimliyini qəbul etmədiyinə eyham vurur. Paşinyan Dağlıq Qarabağ separatçılarının başında öz adamını otuzdurmaq istəyir. Ancaq Paşinyan kimə üstünlük verdiyini gizlətməyə çalışır. Çünki, Paşinyan anlayır ki, hansı “namizədə” simpatiyasını etiraf edərsə, həmin “namizədin” şansı azalacaq. Paşinyan üçün hazırki şərtlər altında əsas olan Dağlıq Qarabağdakı ermənilərin Robert Köçəryan - Serj Sərkisyan cütlüyünün “namizədinə” səs verməməlidir. Paşinyan əsas qorxusu bununla əlaqədardır. Məsələ burasındadır ki, Ermənistandan fərqli olaraq Dağlıq Qarabağda Köçəryanın və Sərkisyanın mövqeləri güclüdür. Bu, separatçıların “prezident seçkisinin” nəticələrinə təsir edə bilər”.

 

Siyasi ekspert qeyd edib ki, Paşinyan Münhendə fikirlərini deməyə cəsarət etməyib:

“Beləliklə, Münhendə fikirlərini ingilis dilində izah etməkdə əzab çəkən Paşinyan geri qayıtdıqdan sonra İctimai Televiziyada erməni dilində gen-bol müsahibə verdi. O Münhendə izah edə bilmədiklərini İctimai Televiziyada anlatdı. Bu dəfə işi asan idi. Çünki, qarşısında onun tezislərini əsassız olduğunu izah edən kimsə yox idi. Onun İrəvanda dedikləri danışıqların nəticə verəcəyi ilə bağlı gözləntilərin əsassız olduğunu bir daha göstərdi”.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Koronavirusa görə 130 polis karantinə alındı 5 Aprel 2020, 00:58 ABŞ-da 300 915  nəfər koronavirusa yoluxdu 5 Aprel 2020, 00:39 Xaricdə koronavirusa qarşı vaksin hazırlayan azərbaycanlı professor: “Sağalanın nə problem yaşayacağı bilinmir” 5 Aprel 2020, 00:18 Bu andan Azərbaycanda küçəyə çıxmaq QADAĞANDIR 5 Aprel 2020, 00:00 Gürcüstanda 162 nəfər koronavirusa yoluxub 4 Aprel 2020, 23:47 Rusiya koronavirusa qarşı peyvəndlərin sınağına başlayır 4 Aprel 2020, 23:36 Salyanda avtomobil 17 yaşlı velosipedçini vurdu 4 Aprel 2020, 23:18 Dibala yenidən koronavirusa yoluxdu 4 Aprel 2020, 23:05 Türkiyədə koronavirusdan daha 76 nəfər öldü 4 Aprel 2020, 22:53 Azərbaycanda 41 673 nəfər koronavirus testindən keçirilib 4 Aprel 2020, 22:35 Yalnız bu avtomobillərlə sərnişin daşımağa icazə veriləcək 4 Aprel 2020, 22:23 Koronovirusla mübarizə məqsədilə Şura yanında İctimai Qərargah yaradıldı 4 Aprel 2020, 22:11 Bu tələbələrin təhsil haqqını dövlət ödəyəcək - QƏRAR 4 Aprel 2020, 22:03 Əhali üçün güzəştli işıq limiti 100 kvts. həcmində ARTIRILACAQ 4 Aprel 2020, 21:56 Zəruri ərzaq və tibbi mallar idxal gömrük rüsumundan azad ediləcək 4 Aprel 2020, 21:48 Azərbaycanda sərnişindaşımaya 280 milyon manat ayrılacaq 4 Aprel 2020, 21:39 Azərbaycanda kapitalın və əmlakın amnistiyası nəzərdən keçiriləcək 4 Aprel 2020, 21:30 Sahibkarlara vergi stimulları və tətilləri veriləcək 4 Aprel 2020, 21:23 200 min isşizə birdəfəlik ödəniş veriləcək 4 Aprel 2020, 21:16 Azərbaycanda 50 min ictimai iş yeri yaradılır - 300 manat maaş veriləcək 4 Aprel 2020, 21:12 Azərbaycanda fərdi sahibkarlara veriləcək kompensasiyanın məbləği məlum oldu 4 Aprel 2020, 21:08 Azərbaycanda 300 min nəfərə 215 milyon kompensasiya veriləcək 4 Aprel 2020, 20:59 Əli Əsədov koronavirusa görə Tədbirlər Planını TƏSDİQLƏDİ 4 Aprel 2020, 20:46 Operativ Qərargahdan xaricdəki Azərbaycan vətəndaşlarına ÇAĞIRIŞ 4 Aprel 2020, 20:40 Heydər Əliyev Mərkəzindən koronavirusun geniş yayıldığı ölkələrə növbəti dəstək - FOTO+VİDEO 4 Aprel 2020, 20:37 Azərbaycana giriş-çıxış tam şəkildə dayandırıldı - Rəsmi 4 Aprel 2020, 20:29 Zərdabda karantin rejimini pozan şəxs həbs edildi 4 Aprel 2020, 20:24 Mədət Quliyev Prezidentə MÜRACİƏT ETDİ 4 Aprel 2020, 20:15 Naxçıvan Qarnizonu Qoşunlarında döyüş atışlı taktiki təlim keçirilib 4 Aprel 2020, 20:06 Cinema Radio fəaliyyətini “Fakt Cinema” rubrikası ilə davam etdirir 4 Aprel 2020, 20:00 İqtisadi dəstək və sosial müdafiə proqramlarının DETALLARI açıqlandı 4 Aprel 2020, 19:52 “Aprel döyüşləri böyük zəfərin başlanğıcıdır” - Ağalar Vəliyev 4 Aprel 2020, 19:38 AQTA qida sahəsində çalışan işçilərlə bağlı sahibkarlara müraciət etdi 4 Aprel 2020, 19:28 Azərbaycanda koronavirusla mübarizə aparan həkimlər danışdı - Video 4 Aprel 2020, 19:14 Qubada karantin rejimini pozan çayxana aşkarlandı - VİDEO 4 Aprel 2020, 19:02