Modern.az

Koronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHI

Koronavirusun yayıldığı ölkələr və itkilər- SİYAHI

21 Fevral 2020, 20:41

Dünya üzrə koronovirusa yoluxanların sayı artmaqda davam edir. Son rəqəmlərdə infeksiyaya yoluxanların sayının 76 716 nəfərə çatdığı bildirilir. Virus ümumilikdə 2 236 nəfərin həyatına son qoyub.

 

Modern.az koronavirusa yoluxma halı və itkilər olan ölkələrin siyahısını hazırlayıb:

 

Yaponiyada 731 nəfər koronavirus daşıyıcısı var, onların hər biri hazırda xəstəxana şəraitində müalicə alır.

 

Sinqapurda 58 nəfər virus daşıyıcısıdır. Onlardan 7-nin vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

Taylandda 6 nəfər koronavirus daşıyıcısıdır. Onlardan 5-i Çin vətəndaşıdır.

 

Cənubi Koreyada indiyədək virusdan dolayı bir nəfər dünyasını dəyişib. Hazırda ölkədə 104 nəfər koronavirus daşıyıcısıdır.

 

Malaziyada biri yaşlı olmaqla iki nəfər koronavirusdan əziyyət çəkir.

 

Tayvanda biri yaşlı olmaqla 4 nəfər koronavirus xəstəliyindən əziyyət çəkir.



Almaniyada 4 nəfər virusdan dolayı karantin altındadır. 40 nəfərdə isə virus olduğu ehtimal edilir.

 

Hindistanda isə 3 nəfər tələbə koronavirus daşıyıcısıdır.

 

ABŞ-da 6 nəfər koronavirus daşıyıcısıdır, 191 nəfər isə nəzarət altına alınıb.

 

Avstraliyada isə xəstəlikdən əziyyət çəkənlərin sayı 7-yə çatıb.

 

Birləşmiş Ərəb Əmirliklərində koronavirusa yoluxan 8 nəfərdən 3-nün vəziyyəti yaxşılaşsa, 5 nəfər hələ ki, xəstəxanada müalicə alır.

 

İranda virusdan dolayı 2 nəfər həyatını itirib. Hazırda 5 nəfər koronavirus daşıyıcısıdır.

 

Rusiya Səhiyyə Nazirliyi isə ölkədə 20 min nəfərin virus daşıma şübhəsi ilə həkim nəzarəti altında olduğunu açıqlayıb. Onlardan 6-mini Çin, 14 mini isə Rusiya vətəndaşıdır. İlin əvvəlindən 769 nəfər xəstəxanaya yerləşdirilib, onların 97-də qrip aşkarlanıb, 121 nəfərdə isə tənəffüs yolu xəstəlikləri tapılıb. Son məlumatlara görə Rusiyada cəmi 2 nəfərdə koronavirus aşkarlanıb.

 

Vyetnamda 6 nəfər virus daşıyıcısı var. Koronavirus təhlükəsindən dolayı ölkənin 10-a yaxın kəndinə giriş-çıxış məhdudlaşdırılıb.

 

Belçikada 9 nəfər koronavirus daşıyıcısıdır, onlardan birinin vəziyyəti ağır olaraq qiymətləndirilir.

 

İngiltərə, Hindistan, İtaliyaFransada  3 nəfər koronavirus daşıyıcısının olduğu bildirilib.

 

Kanada, Nepal, İsveçrə, Finlandiya, Misir, Livan İspaniyada isə 1 nəfərdə virusun olduğu bildirilib.

Qeyd edək ki, Finlandiyada daha 15 nəfərdə virusun olma ehtimalı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi