Dünya çempionatı oyunlarının şərhinə kanalımızın xanım əməkdaşları da cəlb olunub.
Modern.az xəbər verir ki, bu barədə CBC Sport telekanalı məlumat yayıb.
Belə ki, Səmra Əliyeva və Aida Əliyeva turnirin müxtəlif matçlarında şərhçi kimi mundialda debüt edəcəklər.
Səmra Əliyeva Kürasao – Kot-d’İvuar, Aida Əliyeva isə Panama – İngiltərə oyununu şərh edəcək.
Qeyd edək ki, hər iki qarşılaşmada onlara müvafiq olaraq Süleyman Vəliyev və Ramiz Mirzəzadə də şərhçi kimi qoşulacaq.