Modern.az

Hacıqabulda yenidən zəlzələ oldu - YENİLƏNİB

Hacıqabulda yenidən zəlzələ oldu - YENİLƏNİB

22 Fevral 2020, 09:40

AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

 

Modern.az xəbər verir ki, yerli vaxtla saat 08:22-də Qobustan stansiyasından 32 km cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

 

Bildirilib ki, yeraltı təkan 3,4 maqnitudada və 4 kilometr dərinlikdə qeydə alınıb.

 

Zəlzələ hiss olunmayıb. 

 

***

 

Yerli vaxtla saat 07:05-də Qobustan stansiyasından 32 kilometr cənub-qərbdə Hacıqabul ərazisində zəlzələ qeydə alınıb.

Bu barədə Modern.az-a Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir.

Qeyd edilir ki, zəlzələ 3,3 maqnitudada qeydə alınıb. Zəlzələ ocağı 4 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar hiss olunmayıb. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır