Modern.az

MSK-dan Nizami Cəfərovun dairəsi ilə bağlı QƏRAR - məntəqə ləğv edildi

MSK-dan Nizami Cəfərovun dairəsi ilə bağlı QƏRAR - məntəqə ləğv edildi

Aktual

24 Fevral 2020, 18:20

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 108 saylı Ağstafa seçki dairəsi üzrə daxil olan müraciətə baxılıb.

 

Modern.az xəbər verir ki, müraciət haqqında məlumat verən MSK üzvü Validə Kazımova şikayətçinin həmin dairə üzrə namizəd Başxanım Abbasova olduğunu diqqətə çatdırıb.

 

MSK üzvü qeyd edib ki, araşdırma zamanı həmin dairə üzrə 26 saylı seçki məntəqəsində seçicilərin iradəsinə zidd hallar aşkar edilib. Validə Kazımovanın təklifi, MSK-nın ekspert qrupunun ümumi rəyi əsasında 108 saylı seçki dairəsinin 26 saylı seçki məntəqəsində səsvermənin nəticələri etibarsız sayılıb.

 

Qeyd edək ki, 108 saylı Ağstafa seçki dairəsinin lider namizədi Nizami Cəfərovdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır