Arxiv
25 Fevral 2020, 11:38 | AKTUAL
87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan EDİLDİ

Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinə təyinatla əlaqədar müsabiqə elan edilir

 

"Xalqımızın ümummilli lideri Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə insan hüquq və azadlıqlarının etibarlı təmin olunması, ədalət mühakiməsinin həyata keçirilməsinin səmərəliliyinin artırılması məqsədilə məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi, hüquq sisteminin müasirləşdirilməsi, məhkəmələrin və prokurorluq orqanlarının işinin müasir dövrün tələblərinə və beynəlxalq standartlara uyğun təşkil edilməsi istiqamətində ardıcıl islahatlar aparılır".

 

Bu barədə Modern.az-a Respublika Prokururluğunun mətbuat xidmətindən daxil olan məlumatda bildirilib.

 

Məlumata görə, göstərilənlərin davamı olaraq, dövlət başçısı tərəfindən imzalanmış "Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında" 2019-cu il 3 aprel tarixli Fərmanda prokurorluq orqanlarına məhkəmələrdə dövlət ittihamının müdafiəsi və protest verilməsi təcrübəsinin mütəmadi olaraq təhlil edilməsi və bu fəaliyyətin keyfiyyətinin daha da artırılması üçün tədbirlərin görülməsi tövsiyə edilib.

 

"Həmin tövsiyələrin icrası ilə əlaqədar cinayət mühakimə icraatında dövlət ittihamçıları qarşısında qoyulmuş vəzifələrin daha səmərəli həyata keçirilməsi, bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, həmçinin müəyyən edilmiş nöqsan və çatışmazlıqların aradan qaldırılması məqsədilə 9 aprel 2019-cu il tarixli sərəncamla Baş Prokurorluqda yaradılmış Müsabiqə Komissiyası tərəfindən Bakı şəhər prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə şöbəsində müsabiqə keçirilmiş və şöbənin yeni tərkibdə formalaşdırılması məqsədilə 2 böyük prokuror və 23 prokuror vəzifəsi üzrə müvafiq təyinatlar aparılıb.

 

Dövlət ittihamının daha effektiv həyata keçirilməsi, bu sahədə vahid təcrübənin formalaşdırılması, məhkəmələrlə dövlət ittihamının müdafiəsini həyata keçirən prokurorlar arasında qarşılıqlı əlaqələrin daha səmərəli təşkilinin təmin edilməsi məqsədi ilə 24 fevral 2020-ci il tarixdə “Azərbaycan Respublikasının Baş Prokuroruluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin strukturunun yenidən təşkil edilməsi haqqında” əmr imzalanmış və eyni tarixli sərəncamla Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsində mövcud vəzifələrin yüksək nəzəri bilik və peşə hazırlığı ilə fərqlənən təcrübəli prokurorluq işçiləri hesabına yenidən komplektləşdirilməsi üçün müsabiqə elan olunması qərara alınaraq komissiya yaradılıb".

 

Qeyd olunub ki, həmin sərəncama uyğun olaraq Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin yeni tərkibdə formalaşdırılması məqsədilə 3 böyük prokuror-metodist, 8 böyük prokuror və 87 prokuror vəzifəsinə təyinatla əlaqədar müsabiqə elan edilir.

 

Prokurorluq orqanlarında 5 il iş təcrübəsinə malik, yaşı 40-dan aşağı olan prokurorluq işçiləri müsabiqədə iştirak etmək üçün 3 mart 2020-ci il tarixədək Baş Prokurorluğun Kadrlar idarəsinə müraciət edə bilərlər.

 

Əlavə məlumat almaq üçün 492-62-23, 492-74-32 və 437-28-56 nömrəli telefonlar vasitəsilə əlaqə saxlamaq olar.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Aprelin 8-dən 7 bank faisziz biznes krediti verəcək 6 Aprel 2020, 22:06 ABŞ-da  COVID-19-dan 10 335 nəfər öldü 6 Aprel 2020, 21:43 Neftçalada ata və oğlunun suda batma səbəbi bilindi - YENİLƏNİB 6 Aprel 2020, 21:27 Türkiyədə koronavirus qurbanlarının sayı 649-a çatdı 6 Aprel 2020, 21:15 Rusiya Ümumdünya Səhiyyə Təşkilatına 1 milyon dollar ayırdı 6 Aprel 2020, 20:57 “Prezidentimizin siyasətində millətimizin sağlamlığı, təhlükəsizliyi, rahatlığı və rifahı hər şeydən üstündür” - Musa Qasımlı 6 Aprel 2020, 20:44 Deputat Kamal Cəfərov CANLI YAYIMda sualları cavablandırır 6 Aprel 2020, 20:28 Nazirlik pandemiyadan zərər çəkən sahibkarlarla bağlı atılacaq addımları AÇIQLADI 6 Aprel 2020, 20:22 “Bu humanist addımdan əfv olunanlar nəticə çıxaracaqlar” - Deputat 6 Aprel 2020, 20:21 Dövlət Komitəsi əhaliyə pulsuz tibbi maskalar payladı - FOTO   6 Aprel 2020, 20:14 “Azərbaycanda un təchizatı ilə bağlı heç bir problem yoxdur!” - RƏSMİ 6 Aprel 2020, 19:57 Adil Əliyev: “Prezidentin göstərişi ilə çox vacib bir məsələ qısa zamanda həllini tapdı”  6 Aprel 2020, 19:50 Ailələrə verilmiş uşaqların internat müəssisələrinə geri qayıdışı dayandırılıb - Ombudsman 6 Aprel 2020, 19:40 İnanaq ki, onlar bir daha həbsxanaya geri qayıtmayacaq - ÜÇ DEPUTAT 6 Aprel 2020, 19:31 Baş həkim: “Lerikdə koronavirusa yoluxan yoxdur” 6 Aprel 2020, 19:10 Ermənistanda 6 polis koronavirusa yoluxdu 6 Aprel 2020, 19:02 Müavinət və pensiyaları bütün bankomatlardan komissiyasız nağdlaşdırmaq mümkün oldu 6 Aprel 2020, 18:57 “Bəzi işbazların bu hərəkətlərə yol verməməsinə çalışmalıyıq” - Sabir Hacıyev 6 Aprel 2020, 18:48 Operativ Qərargahdan xəbərdarlıq - Bəzi baş redaktorlar saxta vəsiqələr verir 6 Aprel 2020, 18:43 “Ölkəmizdə yaranmış tibbi maska qıtlığı aradan qaldırılacaq” - Millət vəkili 6 Aprel 2020, 18:38 "Nar" abunəçilərə səyyar xidmət göstərməyə başladı 6 Aprel 2020, 18:32 Neftçalada 2 nəfər su kanalına düşüb 6 Aprel 2020, 18:28 Əli Hüseynli: “Beşinci kolon təmsilçilərinə təxribat törətməyə imkan verilməyəcək” 6 Aprel 2020, 18:24 “evdeqal.az” saytı istifadəyə verildi 6 Aprel 2020, 18:21 SMS-lərin 97 faizi 1-2 dəqiqə ərzində cavablandırılıb 6 Aprel 2020, 18:17 Milli Teleradio Şurasının yeni sədri kimdir? - DOSYE 6 Aprel 2020, 18:12 8103-lə bağlı ən çox verilən suallara CAVAB 6 Aprel 2020, 17:57 Neftçalada aztəminatlı ailələrə yardım edilib - FOTO 6 Aprel 2020, 17:52 Milli Teleradio Şurasına yeni sədr seçildi - Nuşirəvan Məhərrəmli kənarlaşdırıldı 6 Aprel 2020, 17:50 Bakı Ali Neft Məktəbinin tələbələri onlayn tərcümə “Hackathon”unda qalib olub 6 Aprel 2020, 17:46 İctimai birliklər və dini qurumlar komitəsinin onlayn iclası keçirilib 6 Aprel 2020, 17:40 Koronavirus həm də 3-cü Dünya Müharibəsini BAŞLADIB 6 Aprel 2020, 17:35 Əfv Komissiyasının üzvü: “Prezident sərəncamı yaşlı məhkumların izolyasiyası üçün verdi” 6 Aprel 2020, 17:30 Milli Qəhrəmanlarımız evdə qala bilirmi? - “Xəstəxanaya getmək üçün SMS-lə icazə aldım” 6 Aprel 2020, 17:26 İlham Əliyev yaşlı qadın məhbusları da əfv etdi - ADLAR 6 Aprel 2020, 17:20