Modern.az

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

“Azərişıq” gücləndirilmiş iş rejiminə keçdi

Aktual

25 Fevral 2020, 12:48

Bir sıra regionlarda başlayan güclü külək səbəbindən “Azərişıq” ASC gücləndirilmiş iş rejiminə keçib.

 

Bunu Modern.az-a "Azərişıq"ın mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev bildirib.

 

“Qərb” Regional Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisinə daxil olan Daşkəsən, Gədəbəy, Şəmkir, Tovuz, Ağstafa və Qazax rayonlarının, “Şimal” RETSİ-nə daxil olan Xaçmaz, Siyəzən və Şabran rayonları ərazisində güclü külək müşahidə edilir.

 

Baş verə biləcək qəza və kəsintilərin qarşısını almaq üçün “Azərişıq” qabaqlayıcı tədbirlər görür. Hazırda ölkənin heç bir yerində elektrik enerjisi təchizatında heç bir problem yoxdur.

 

“Azərişıq” ASC istehlakçılardan xahiş edir ki, yaranan hər hansı çətinliklə bağlı 24 saat xidmət göstərən 199 saylı çağrı mərkəzi ilə əlaqə saxlasınlar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!