Modern.az

Tamam Cəfərovanın seçki dairəsi ilə bağlı qərar VERİLDİ

Tamam Cəfərovanın seçki dairəsi ilə bağlı qərar VERİLDİ

25 Fevral 2020, 17:27

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında fevralın 9-da Milli Məclisə keçirilən seçkilərlə əlaqədar 85 saylı Şamaxı seçki dairəsi ilə bağlı daxil olan şikayətə baxılıb.

 

Modern.az xəbər verir ki, həmin dairədən deputatlığa namizəd Əzizağa Süleymanov MSK-ya müraciət edərək seçki günü həmin dairədə seçkilər zamanı qanun pozuntularına yol verildiyini bildirib.

 

MSK üzvü Ramiz İbrahimov bildirib ki, geniş araşdırma zamanı iddia edilən pozuntular öz təsdiqini tapmayıb. Buna görə də R.İbrahimov namizədin şikayətinin təmin edilməməsi və dairə seçki komissiyasının qərarının qüvvədə saxlanılması barədə qərar verilməsini təklif edib.

 

Təklif səsə qoyularaq qəbul edilib.

 

Qeyd edək ki, həmin dairə üzrə lider namizəd Tamam Cəfərovadır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir