Modern.az

Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu

Musa Quliyevin dairəsində iki məntəqənin nəticəsi ləğv olundu

25 Fevral 2020, 18:02

Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 40 saylı Kəpəz ikinci seçki dairəsindən şikayətlərə baxılıb.

 

Modern.az xəbər verir ki, MSK üzvü Tofiq Həsənov şikayəti araşdırıb. O qeyd edib ki, namizədlər Nurlan Abbaszadə və digərləri MSK-ya müraciət edərək, bir sıra seçki məntəqələrində pozuntuların olduğunu iddia ediblər.

 

T.Həsənovun sözlərinə görə DSK müraciətləri araşdıraraq, təmin edilməməsini qərara alıb.

 

MSK yekun olaraq, həmin seçki dairəsinin 4 və 6 saylı seçki məntəqələrində səsvermənin nəticələrinin etibarsız sayılmasını qərara alıb.

 

Qeyd edək ki, həmin dairədən lider namizəd Musa Quliyevdir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ