Arxiv
25 Fevral 2020, 18:57 | ÖLKƏ
Siyasilərin koronavirus məsləhəti: Digər xəstəliklər koronavirusdan çox adam öldürür - QORXMAYIN

Koronavirusun Cənub sərhədimizə qədər ayaq açması insanlarda təşviş yaradıb. Səhiyyə Nazirliyinin ölkədə koronavirusa yoluxma halının qeydə alınmaması ilə bağlı rəsmi açıqlaması olmasa da, artıq vətəndaşlar özünü və yaxınlarını bu xəstəlikdən qorumağa çalışır. Hətta bu təhlükə ilə əlaqədar Azərbaycanda tibbi spirt və maskaya olan tələbat da artıb.

Bəs, hər gün müxtəlif insanlarla təmasda olan siyasət adamları necə, bu panikaya real təhlükə kimi baxırmı, qorunmağı vacib hesab edirmi?

 

Modern.az bir neçə partiya nümayəndəsinin hazırki vəziyyətə münasibətini öyrənib.

 

Təhlükə var

 

Müsavat Partiyasının başqanı Arif Hacılı hesab edir ki, təhlükəsizliklə bağlı ciddi tədbirlər görülməlidir:

“Şəxsən hər hansı bir təhlükə görmürəm və özüm hər hansı qoruyucu vasitədən istifadə etmirəm. Ancaq Azərbaycan üçün təhlükə var və bu məsələlərlə bağlı mənim mövqeyim ondan ibarətdir ki, Azərbaycan hökuməti dərhal tədbirlər görməlidir. Fövqəladə Hallar Nazirliyi, Səhiyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi Azərbaycan vətəndaşlarının təhlükəsizliyinin təmin olunması üçün çox ciddi işlər görməli, eləcə də Azərbaycan ictimaiyyətini məlumatlandırmalıdır”.

 

 

Ölənlərin sayı cəmi üç mindir

 

Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu isə koronovirusla bağlı həddən artıq təşvişin yersiz olduğunu deyir:

“Mən maskadan istifadə etmirəm. Ancaq insanlar özünü qorumalı, ancaq panikaya düşməməlidir. Çünki panikanın özü əlavə bir problem deməkdir. Ona görə də narahat olmaq lazım deyil. İndi koronovirus pandemiya xarakteri alıb, ölənlərin sayı cəmi üç mindir. Beynəlxalq ictimaiyyətin narahatlığı onunla bağlıdır ki, virusa qarşı effektli vaksin hazırlanmır. O vaksin hazırlandıqdan sonra minlərlə belə təhlükəli virusun qarşısı alınıb.

Sadəcə olaraq gigiyenaya əməl etmək, təsadüfi əlaqələrdən qaçmaq və xəstələnən kimi dərhal həkimə müraciət etmək lazımdır”.

 

Maskadan istifadə etmədiyini deyən Ümid Partiyasının sədri İqbal Ağazadə nəzarətin gücləndirilməli olduğunu düşünür:

“Koronovirusla bağlı istər ölkədə, istərsə də dünyada panikaya səbəb olacaq bir şey yoxdur. Sadəcə hər şey nəzarətdə olmalıdır. Sərhədd, keçid məntəqələri də nəzarətdə olmalıdır. O cümlədən xəstələnmiş adamları da ciddi şəkildə nəzarətdə saxlamaq lazımdır. Bir az çox panik əhval-ruhiyyə yaradılır. Hesab edirəm ki, bu, yanlışdır”.

 

 

Ciddi panika havası var

 

REAl Partiyasının icra katibi Natiq Cəfərli yaranmış panikanı aradan qaldırmaqda televiziyaların rolunu qeyd edib:

“Gün ərzində təqribən yarım saat tibbi maska istifadə etmişəm. Amma çantamda var. Seçkinin nəticələri ilə bağlı Apellyasiya Məhkəməsinə şikayət vermişdim. O zaman maskadan qısamüddətli istifadə etdim. Tək özümə görə yox. İnsanlar dünəndən sanki salam verməyə belə çəkinirlər. Biri-birindən məsafə saxlamağa çalışırlar. Açığı ciddi panika havası var. Bu da böhranın doğru-düzgün idarə olunmamasından irəli gəlir.

Televiziyalar bu məsələdə ciddi rol oynamalıdırlar. İnsanları sakitləşdirici reportajlar verməlidirlər, diskussiyalar aparmalıdırlar”.

 

 

Ürək, qaraciyər, öd, şəkər xəstəliyindən ölənlərlə koronovirusdan ölənlərin statistikası hazırlansın
 

 

Yeni Azərbaycan Partiyasının üzvü (YAP), deputat Elman Nəsirov da panikaya əsas görmür:

“Başlanğıcını Çindən götürən koronavirus artıq bir sıra ölkələrə, o cümlədən İrana kimi gəlib çatıb. Bu nöqteyi-nəzərdən müvafiq önləyici addımların atılması olduqca vacibdir. Bu məntiqdən çıxış edərək, Səhiyyə Nazirliyi üzərinə düşən işi artıq yerinə yetirir. Eyni zamanda Biləsuvar və Astara Gömrük Sərhəd xidməti də məhdudlaşdırıcı tədbirlər həyata keçirir. Yalnız və yalnız Azərbaycanda olan İran vətəndaşlarının, eyni zamanda İranda olan Azərbaycan vətəndaşlarının geri qayıtması təmin edilir. Bundan savayı gediş-gəliş məhdudlaşdırılıb.

Düzü maskadan istifadə etməmişəm. Amma məndə olan məlumata görə, maskadan istifadənin özü də əslində real təhlükəni aradan qaldırmır. Məsələn, bir maska təxminən üç saat ərzində istifadə oluna bilər, üç saatdan sonra dəyişdirilməlidir. Bundan qabaq quş qripi, donuz qripi eşitmişdik, cürbəcür bu kimi epidemiyaların şahidi olmuşduq. Gəlirlər və bir müddətdən sonra yox olub, gedirlər. Ona görə də xüsusi panikaya əsas yoxdur.

Çində artıq iki mindən çox insan dünyasını dəyişib. Mənim üçün çox maraqlı olardı ki, koronavirusun yarandığı ana qədər Çində digər xəstəliklərdən hər gün nə qədər adamın vəfat etdiyi haqqında statistika çıxarılsın. Məsələn, gün, ya ay ərzində ürək, qaraciyər, öd, şəkər xəstəliyindən və digər xəstəliklərdən ölənlərlə koronovirusdan ölən insanların statistikası hazırlansın və bu statistikalar müqayisə olunsun. Hesab edirəm ki, bu iki statistika yanaşı qoyulub, təqdim edilsə, bu xəstəliklə bağlı real mənzərə daha açıq ortaya çıxar”.

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Postlardan bir gündə 1320 avtomobil geri qaytarıldı 3 Aprel 2020, 11:07 İran-Türkiyә sәrhәdindә güclü zәlzәlә olub 3 Aprel 2020, 10:55 Xaçmazda 10 obyekt sahibi və 20 vətəndaş məsuliyyətə cəlb olunub - FOTO 3 Aprel 2020, 10:50 Subsidiya alan fermerlerə şad xəbər!   3 Aprel 2020, 10:45 Ermənistanda koronavirusdan 1 gündə 3 nəfər öldü 3 Aprel 2020, 10:40 Karantin rejimini pozan 10 nəfər həbs edilib, 3581 nəfər cərimələndi 3 Aprel 2020, 10:35 Çətinlikdən çıxa bilənlər“Yüksəliş”in bir hədəfi də böhran dövrünün idarəçisini seçməkdir 3 Aprel 2020, 10:29 Karantin rejimini pozan daha 3 nəfər həbs olundu 3 Aprel 2020, 10:23 Nazirlər Kabinetindən daha bir XƏBƏRDARLIQ: “Sərnişinə görə də icazə olmalıdır” 3 Aprel 2020, 10:16 Bakı polisindən əhaliyə MÜRACİƏT 3 Aprel 2020, 10:10 Evdən çıxmaq üçün məlumatların sistemə yerləşdirilməsinə BAŞLANILDI 3 Aprel 2020, 10:06 Karantin rejiminin qaydalarını pozanları bu CƏRİMƏ VƏ CƏZALAR gözləyir 3 Aprel 2020, 10:00 Koronavirus peyvəndi siçanlarda uğurla nəticələndi 3 Aprel 2020, 09:55 Paytaxt polisi bir gündə 20 cinayətin üstünü açdı 3 Aprel 2020, 09:50 ABŞ-da koronavirusdan ölənlərin sayı 6 mini keçdi 3 Aprel 2020, 09:45 Şimal bölgəsində KORONAVİRUSla bağlı son durum: DEPUTATLAR DANIŞDI 3 Aprel 2020, 09:40 Bu ölkədə bir gündə virusa yoluxanların sayı 30 minə çatdı 3 Aprel 2020, 09:35 Azərbaycan nefti niyə Brentdən ucuz satılır? - SƏBƏB 3 Aprel 2020, 09:29 Bakıda karantin rejimini pozan kafe aşkarlandı 3 Aprel 2020, 09:29 Türkiyədə zəlzələ olub 3 Aprel 2020, 09:25 Manat, dollar və avro - Bu günün valyuta MƏZƏNNƏSİ 3 Aprel 2020, 09:19 Türkiyə vətəndaşları öz ölkələrinə gətiriləcək 3 Aprel 2020, 09:13 Cəbhədə gərginlik səngimir - atəşkəs 25 dəfə pozulub 3 Aprel 2020, 09:06 Tarixdə iz qoyanlar: Mircəfər Bağırovun tələbini rədd edən alimin İNTİHARI 3 Aprel 2020, 09:00 Qurani-Kərim dünya ölkələrinin konstitusiyasına çevrilə bilər  3 Aprel 2020, 08:44 İranda koronavirusa yoluxanların sayı durmaq bilmir 3 Aprel 2020, 08:41 Bu müsəlman ölkəsində koronavirusdan ilk ölüm baş verdi 3 Aprel 2020, 08:36 Çində matəm elan edildi 3 Aprel 2020, 08:27 Fransada virusdan rekord sayda ÖLÜM 3 Aprel 2020, 02:19 Koronavirusla bağlı nikbin proqnoz 3 Aprel 2020, 00:52 Qeyri-iş günlərinin sayı artırıldı 3 Aprel 2020, 00:29 Gürcüstanda koronavirusa 134 nəfər yoluxub 3 Aprel 2020, 00:11 Dünyanı yenidən bölmək istəyirlər - Prezidentdən İDDİA 3 Aprel 2020, 00:04 Almaniya da Çini geridə qoydu 2 Aprel 2020, 23:50 OPEC+ iclasının gündəmə gəlməsi nefti bahalaşdırdı 2 Aprel 2020, 23:48