Modern.az

Xocalı ilə bağlı erməni yalanlarına qarşı mübarizə necə aparılır…

Xocalı ilə bağlı erməni yalanlarına qarşı mübarizə necə aparılır…

Aktual

27 Fevral 2020, 14:47

Ermənistan təbliğat maşını Xocalı soyqırımı ilə bağlı yalan kampaniyasını davam etdirir. Ermənistan prezident administrasiyasının rəhbərliyi altında yaradılmış “Xocalı.net”, “Xocalı TV kimi media orqanlarında faciə törədilərkən yerli əhalinin şəhərdən çıxarılması üçün “humanitar dəhliz”in yaradılması, xocalılıların erməni silahlıları tərəfindən öldürülməməsi və s. dezinformasiyalar tirajlanır.  

 

Bəs maraqldır, neytral oxucunu, izləyicini öz tərəfinə çəkmək üçün Ermənistan tərəfinin yaydığı bu saytlar, feyk məlumatalara qarşı Azərbaycan hansı əks-təbliğat addımları atır?  Bu istiqamətdə hansı nəticələr əldə olunub?

Məsələ ilə bağlı Modern.az-a danışan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin eksperti Fuad Çıraqov erməni yalanları ilə bağlı lazımi cavabların beynəlxalq təşkilatlara göndərildiyini deyib:

 

“Ermənilərin Qarabağ münaqişəsi və başqa məsələrlə bağlı bir neçə arqumentləri var. Biz mərkəz olaraq bu arqumentlərə ingilis dilində cavablar hazırlayaraq beynəlxalq təşkilatlara və başqa ölkələrdə fəaliyyət göstərən səfirliklərimizə göndərmişik. Onlar da öz növbəsində həmin cavabları geniş miqyasda yayımlayıblar. Sonuncu dəfə bizim cavablar BMT yanında nümayəndəliyə 3 həftə bundan əvvəl göndərilib. Ermənilərə verdiyimiz cavablar tək Azərbaycanın mövqeyi deyil. Qarabağ münaqişəsi zamanı hələ o dövrdə beynəlxalq təşkilatların, beynəlxalq mətbuatın ermənilərə verdiyi cavablardır. Yəni “Nyu-York Tayms” qəzetində belə Xocalı faciəsi o dövrdə işıqlandırıb. Biz bu faktlara istinad edərək lazımi cavabları vermişik. Təbii olaraq, tək bununla kifayətlənmirik. Mərkəzin əməkdaşlarınını xarici mətbuatda davamlı olaraq bu məsələ ilə bağlı da məqalələri yayımlanır”.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?