Qazaxıstan prezidenti Nursultan Nazarbayev yerə saqqız atanlara və tüpürənlərə xəbərdarlıq edib. Modern.az trtazerbaycan.az saytına istinadən bildirir ki, Nazarbayev "son dəfə xəbərdarlıq edirəm, bu insanlar cəzalandırılacaq" deyib.
"Astana: 2020-ci il" mövzusundakı proqramda iştirak edən Nazarbayev saqqız çeynəyib yerə atan, tüpürən, ətrafı çirkləndirən və əl-qol hərəkətləriylə ətrafdakıları narahat edənlərə 3 gün həbs və pul cəzası verilməsini təklif edib.