Arxiv
29 Fevral 2020, 12:42 | AKTUAL
DGK və DİN birgə əməliyyat keçirdi

Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsinə qabaqcadan əlbir olan bir qrup şəxsin İran İslam Respublikasından qaçaqmalçılıq yolu ilə gətirdiyi külli miqdarda narkotik vasitələrin ölkə ərazisində realizə ediləcəyi barədə məlumat daxil olub.

Həmin məlumat əsasında, Bakı şəhəri, Binəqədi rayonu, Məmməd Səid Ordubadi küçəsində yerləşən otelin qarşısında DGK və Daxili İşlər Nazirliyi Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları birgə əməliyyat tədbiri keçirib.

 

DGK mətbuat və ictimaiyyətlə əlaqələr idarəsindən Modern.az-a verilən məlumata görə, əməliyyat tədbiri zamanı Azərbaycan Respublikasının vətəndaşı Quliyev Elnur Baloğlan oğlu narkotik vasitələrin alqı-satqısını həyata keçirmək üçün "Lada" markalı, 10-SX-776 qeydiyyat nişanlı minik avtomobili ilə həmin yerə gəlib.

 

O, özü ilə gətirdiyi sellofan torbanın içərisindəki 1 bağlamada 183 qram heroini, 2 bağlamada isə ümumilikdə1960 qram tiryəki şərti alıcı qismində çıxış edən gömrük əməkdaşına satarkən saxlanılıb.

 

Vətəndaşın üzərində şəxsi axtarış zamanı isə gödəkcəsinin cibində 1 bükümdə 16,4 qram heroin, 2 bükümdə isə ümumilikdə 12,5 qram tiryək aşkar edilib.

 

İstintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, Quliyev Elnur Baloğlan oğlu bu il fevralın əvvəllərində külli miqdarda narkotik vasitələri satış məqsədilə qanunsuz olaraq əldə etmə, saxlama, daşıma və Azərbaycan Respublikasının gömrük sərhədindən qaçaqmalçılıq yolu ilə keçirmək barədə İran İslam Respublikasında istintaqla müəyyən edilməmiş şəxslə telefon vasitəsilə, ölkə ərazisində isə tanışı Azərbaycan Respublikasının vətəndaşı Abbasov Fəhrad Xaliq oğlu ilə qabaqcadan əlbir olub cinayət əlaqəsinə girib.

 

Quliyev Elnur Baloğlan oğlu və Abbasov Fəhrad Xaliq oğlu törətdikləri əməlləri etiraf edib və onlar şübhəli şəxs qismində tutulub.

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilən həmin şəxslərə müvafiq maddələrlə ittiham elan edilib və barələrində Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarlarına əsasən həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayətkar qrupun digər üzvlərinin məsuliyyətə cəlb edilməsi istiqamətində istintaq-əməliyyat axtarış tədbirləri davam etdirilir.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda tikinti materialları bazarında yanğın başlayıb 2 Aprel 2020, 00:57 Bakıda qəza törədən sürücü qaçıb 2 Aprel 2020, 00:45 Koronavirus bu şəxsə bir ayda 4 milyard dollar qazandırdı - Foto 2 Aprel 2020, 00:26 Kəlbəcərsizliyin 27 ili  2 Aprel 2020, 00:08 Ordumuzun Aprel zəfərindən 4 il ötür 2 Aprel 2020, 00:01 Dünyada koronavirusa yoluxanların sayı milyona çatır 1 Aprel 2020, 23:47 Köçkünlər evdə qalmaq üçün Qarabağa qayıtmalıdırlar - ƏLÖVSƏT AĞALAROVLA #evdəqal SÖHBƏTİ 1 Aprel 2020, 23:35 Bakıda ağır yol qəzası: yaralı var 1 Aprel 2020, 23:17 Fransada daha 509 nəfər koronavirusdan öldü 1 Aprel 2020, 23:02 Koronavirus hava ilə yayıla bilir - VİDEO 1 Aprel 2020, 22:44 Ərdoğanla Putin koronavirusa qarşı mübarizəni müzakirə etdi 1 Aprel 2020, 22:29 UEFA klublara əlavə vaxt verir 1 Aprel 2020, 22:15 Bakı Media Mərkəzinin hazırladığı videoçarx İtaliyada böyük maraqla qarşılanıb 1 Aprel 2020, 22:03 Pandemiya ABŞ-ı bürüyüb - Yoluxanların sayı 200 mini ötdü 1 Aprel 2020, 21:49 Türkiyədə daha 2 148 nəfər koronavirusa yoluxdu 1 Aprel 2020, 21:38 Bu şəxslərə aylıq 250 manat mükafat veriləcək - RƏSMİ 1 Aprel 2020, 21:17 Gəncədə karantin rejimini pozan sakinlər cərimələndi 1 Aprel 2020, 21:03 İtaliyada daha 727 nəfər koronavirusdan ölüb 1 Aprel 2020, 20:48 Dövlət dili normalarını pozanlar bu qədər CƏRİMƏLƏNƏCƏK 1 Aprel 2020, 20:35 100 il əvvəl QARABAĞ necə azad olundu - Xosrov bəy Sultanovu bir daha tanıyaq 1 Aprel 2020, 20:19 Sumqayıtda karantin rejimini pozan yüzə yaxın şəxs cərimələndi 1 Aprel 2020, 20:01 Aqil Abbas haqqı 1 Aprel 2020, 19:56 ÜST-ün Baş direktorundan İlham Əliyevə: Azərbaycan müsbət bir nümunədir 1 Aprel 2020, 19:37 Çempionlar Liqasının yarımçıq qalan oyunları bu ayda başlayacaq 1 Aprel 2020, 19:18 Deputatlar onlayn iclas keçirdilər - FOTO 1 Aprel 2020, 19:06 Gənclərə güzəştli kreditlər veriləcək - Prezident fərman İMZALADI 1 Aprel 2020, 18:42 Millət vəkili pandemiya ilə bağlı veriləcək imtiyaz və güzəştlərdən DANIŞDI 1 Aprel 2020, 18:40 Milli Məclisin daha bir komitəsi onlayn iclas keçirib 1 Aprel 2020, 18:32 Dolların sabaha olan MƏZƏNNƏSİ 1 Aprel 2020, 18:23 Bakıda xüsusi karantin rejimini pozan daha bir obyekt cərimələndi 1 Aprel 2020, 18:23 Ombudsmandan əlillərlə bağlı vacib MÜRACİƏT 1 Aprel 2020, 18:17 “Qoy Uca Tanrı Azərbaycan xalqını qorusun!” - Mehriban Əliyeva 1 Aprel 2020, 18:09 Avrokuboklar və milli çempionatlar iyulda bərpa oluna bilər 1 Aprel 2020, 18:00 Sahibkarlara, məşğulluğun təmin edilməsinə ciddi güzəştlərin tədbiqi nəzərdə tutulub 1 Aprel 2020, 17:55 Deputatdan TƏKLİF: “Karantin dövründə mobil bankomatlar yaradılsın” 1 Aprel 2020, 17:50