Modern.az

Bakıda külək məcburi köçkünün həyatına son qoydu

Bakıda külək məcburi köçkünün həyatına son qoydu

2 Mart 2020, 11:33

Ötən gün saat 17:00 radələrində Bakının Pirşağı qəsəbəsində bədbəxt hadisə qeydə alınıb. Təbii fəlakət nəticəsində Kəlbəcər rayonundan məcburi köçkün Həsənov İsmət Məhəmməd oğlu dünyasını dəyşib.

 

Hadisənin təfərrüatlarını Modern.az saytına danışan mərhumun yaxını bildirib ki, yuxarıda qeyd edilən saatlarda İsmət Həsənov şəxsi avtomobili ilə evinə dönüb. O, darvazanı açıb və avtomobili həyətə salıb.

 

Sonra darvazanı bağlamaq istəyərkən güclü külək darvazanı və barını onun üstünə yıxıb.

 

İsmət Həsənov hadisə yerindəcə keçinib.

 

Qeyd edək ki, əslən Kəlbəcərdən məcburi köçkün olan İsmət Həsənov torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə iştirak etmişdi.

 

Bütün tanıyanlar onu çox Vətənpərvər, səmimi, xeyirxah, hər kəsin işinə yarayan, sadə bir insan kimi xarakterizə edir.

 

İsmət Həsənov Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İşlər İdarəsinin Nəqliyyat Xidməti Şöbəsində sürücü işləmişdir.

Mərhum bu gün Pirşağı yeni yaşayış massivində dəfn olunacaq. 3-7 mərasimi isə martın 4-də Abşeron rayonu, Mehdiabad qəsəbəsi, "Məkan" mərasim evində keçiriləcək.

Allah rəhmət eləsin.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü