Modern.az

Tanınmış jurnalist Milli Olimpiya Komitəsinin mətbuat katibi təyin olundu

Tanınmış jurnalist Milli Olimpiya Komitəsinin mətbuat katibi təyin olundu

Media

3 Mart 2020, 14:13

Azərbaycan Milli Olimpiya Komitəsində (MOK) yeni təyinat olub.

 

Modern.az-ın xəbərinə  görə, tanınmış jurnalist Günay Malikqızı qurumun İctimaiyyətlə Əlaqələr və mətbuat katibi təyin olunub.

 

O, bu vəzifədə Əzizə İsmayılovanı əvəzləyib.

 

Xatırladaq ki, G.Malikqızı vəzifəsinin icrasına dünəndən başlayıb.

 

Qeyd edək ki, Günay Malikqızı  2004-cü ildən "Lider" Teleradio Kampaniyasının İnformasiya departamentində redaktor kimi fəaliyyətə başlayıb.

 

2007-ci ildə "Region+" ictimai-siyasi jurnalının baş redaktoru vəzifəsində çalışıb.

 

2011-ci ilin iyul ayından Park Bulvar AVM-in PR meneceri işləyib.

 

Evlidir. 1 qızı var.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır