Modern.az

“Whatsapp”da koronavirusla bağlı panika yayan “Niquş”la “Tünzalə”  polisə ÇAĞIRILIB

“Whatsapp”da koronavirusla bağlı panika yayan “Niquş”la “Tünzalə”  polisə ÇAĞIRILIB

12 Mart 2020, 16:14

Zaman-zaman “Whatsapp” üzərindən yayılan səs yazıları insanlar arasında panikaya səbəb olur. Bir müddət əvvəl məktəblərdən uşaq “oğurlayan”ın, “virus aşkarlanmadığı halda “Niquşun Azərbaycanda koronavirus var” “xəbərdarlığı” əhalinin gərginliyini artırdı.

 

“Niquş”dan sonra peyda olan “Tünzalə” adlı sakin isə təlaşla deyirdi ki, bir qrup adam maşınla evlərə yaxınlaşır, “qripə görə evləri dezinfeksiya” etməyə gəlirlər:

“Evlərə girirlər, guya dezinfeksiya edirlər, qaz kimi bir şeydi buraxırlar. Adamın huşu gedir, evləri soyub çıxıb gedirlər. Ehtiyatlı olun, birdən kimsə gələr, icazə verərsiniz”.

 

Bu gün yayılan “Saat 11-dən axşam saat 5-ə kimi eşikdə paltar qoymayın, koronavirusa görə təyyarə ilə dərman tökəcəklər”-deyən kişi ilə “qızlar, Corat tərəfdə həyətdə gəzən uşaqları və müəllimlərini polislər tutub aparacaq, uşaqlarınızı həyətə buraxmayın”nin səsyazısı isə panikada olan insanların vəziyyətini əndazədən çıxarır.

 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov məsələ ilə bağlı Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, “Whatsapp” üzərindən yayılan səs yazılarının hamısı hüquq mühafizə orqanları tərəfindən araşdırılıb:

“Onların kimlikləri müəyyənləşdirilib və polis idarələrinə dəvət olunaraq izahatları alınıb. Onlar əməllərindən peşiman olduqlarını bildiriblər”.

 

E.Zahidov qeyd edib ki, “Whatsapp” səs yazılarına görə məsuliyyətə cəlb olunan yoxdur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi