Modern.az

Məktəblərdə hansı tətillər ləğv olunacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Məktəblərdə hansı tətillər ləğv olunacaq? - Təhsil Nazirliyindən AÇIQLAMA

Təhsil

13 Mart 2020, 09:00

Nazirlər Kabinetinin qərarı ilə “Ümumtəhsil məktəbinin Nümunəvi Nizamnaməsi”nə edilən yeni dəyişiklikdə hər hansı tətilin ləğv olunmasından söhbət getmir.

 

Modern.az-ın  məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

 

Onun sözlərinə görə, qərarla tədris ilinin müddəti təsdiq edilib:

 

"Bu, "Ümumi təhsil haqqında" Qanundan irəli gələn vəzifə idi. Bu qərar verilənədək həmin müddəalar elə NK-nın təsdiq etdiyi nümunəvi nizamnamədə yer alırdı. Yeni qərar qəbul edildikdən sonra, uyğunlaşdırma çərçivəsində həmin normalar nizamnamədən çıxarılmalı idi. Başqa sözlə desək, indi həmin normalar ayrıca sənəddə öz əksini tapıb. Yeganə fərq ondan ibarətdir ki, nizamnaməyə görə bütün ölkə üzrə tətil və tədris müddəti ilə bağlı qərar qəbul etmək səlahiyyəti Təhsil Nazirliyində idi. İndi isə NK-dadır. Amma ayrı-ayrı məktəblər üzrə bu qərarı vermək səlahiyyəti yenə də Təhsil Nazirliyindədir. Yəni bu sənəddə hər hansı tətilin ləğv olunmasından söhbət getmir".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?