Modern.az

İranda koronavirusa yoluxan 103 yaşlı qadın sağaldı

İranda koronavirusa yoluxan 103 yaşlı qadın sağaldı

18 Mart 2020, 17:58

İranda 103 yaşlı qadın koronavirus (COVID-19) infeksiyasından sağalıb.

 

Modern.az-ın İRNA-ya istinadən verdiyi məlumata görə, Semnan Tibb Elmləri və Səhiyyə Universitetinin rəhbəri bildirib ki, Semnan əyalətində yaşayan qadın 1 həftə xəstəxanada müalicə olunduqdan sonra koronavirusdan xilas olub.

 

Bu, İranda koronavirusdan sağalmış ən yaşlı xəstədir.

 

Qeyd edək ki, bu gün olan məlumata görə, İranda koronavirusa 17 391 nəfər yoluxub, onlardan 1135 nəfəri ölüb, 5710 nəfəri sağalıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü