Modern.az

Kolumbiyada koronavirusdan ilk ölüm qeydə alındı

Kolumbiyada koronavirusdan ilk ölüm qeydə alındı

Dünya

22 Mart 2020, 11:11

Kolumbiyada yeni növ koronavirusa (COVID-19) yoluxmuş şəxs dünyasını dəyişib.

 

Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin “Twitter” hesabında yazılıb.

 

Məlumata görə, 58 yaşlı kişi virusa sürücü işlədiyi zaman italiyalı turistlərdən yoluxub.

 

Qeyd edək ki, Kolumbiyada koronavirusa yoluxanların ümumi sayı 210 nəfərdir. Hazırda üç nəfər sağalaraq evə buraxılıb.

 

Xatırladaq ki, Kolumbiyada koronavirusa görə fövqəladə vəziyyət elan olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır