Arxiv
25 mart 2020, 15:41 | ÖLKƏ
Naxçıvanda risk qrupuna daxil olan vətəndaşlar karantinə alınır - Deputat

Nazirlər Kabinetinin qərarına əsasən, dünəndən başlayaraq Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunub. Karantin rejimi müddəti ərzində -  24 mart 2020-ci il saat 00:00-dan etibarən 20 aprel saat 00:00-dək 65 yaşdan yuxarı insanlara evdən çıxmaq qadağan edilir. Bu kateqoriyadan olan tənha yaşayan şəxslərə qanunvericiliyə əsasən sosial xidmətlərin göstərilməsi təmin ediləcək.

 

Yeri gəlmişkən, hazırda bu və ya digər məsələlərlə bağlı Naxçıvanda vəziyyət necədir?

 

Modern.az Naxçıvanın ümumi vəziyyəti barədə məlumat öyrənməyə çalışıb.

 

6 saylı Culfa-Babək seçki dairəsinin deputatı Ülviyyə Həmzəyeva saytımıza bildirib ki,  dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı tədbirlərə həsr olunmuş müşavirə keçirilib:

 

“Həmin müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin üzvləri, rayon-şəhər icra hakimiyyətlərinin başçıları, nazirlik, komitə, xidmət, idarə və müəssisələrin rəhbərləri iştirak ediblər. Keçirilən müşavirədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri dünyada pandemiya elan olunan virusun muxtar respublika ərazisində yayılmasının qarşısının alınması ilə bağlı bir sıra tapşırıqları verib. Sizin də sual etdiyiniz kimi, 65 yaşdan yuxarı olan insanlar da ciddi olararaq karantin şəraitinə riayyət edirlər. Mən nə mağazada, nə də ki ahılların zamanlarını keçirdikləri məkanda onları müşahidə etmişəm. Tənha ahıllara evlərində sosial xidmət göstərilir. Belə ki, həftədə iki dəfə sosial xidmət işçiləri və sosial könüllülər onlara lazımı xidmət göstərirlər”.

 

Ülviyyə Həmzəyeva Naxçıvan sərhəddində yaranan problemlərə də aydınlıq gətirib:

 

“Sərhədlərimiz gücləndirilmiş rejimdə fəaliyyət göstərir. Belə ki, xarici ölkələrdən qayıdan muxtar respublika sakinləri gömrük-keçid məntəqələrində tibbi yoxlamadan keçirilərək, risk qrupuna daxil olan vətəndaşlar təcili olaraq təcrid olunur və Yoluxucu Xəstəliklər Mərkəzində karantinə alınaraq, müvafiq tədbirlər görülür. Xarici ölkələrdən Naxçıvana gələn muxtar respublika sakinlərində hərarət və digər əlamətlər müşahidə olunmadıqda həmin şəxslər evlərində 3 gün müddətində müşahidə altında, ciddi karantin rejiminə riayyət etməli olurlar”.

 

Xanım deputat məktəblərin başlanması müddətində görülən işlərdən də söz açıb:

 

“Muxtar respublikada təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesi dayandırıldığından ümumtəhsil məktəblərində müəllimlər tərəfindən siniflər üzrə və dərs cədvəlinə uyğun olaraq onlayn dərslər və tapşırıqlar verilir. Gördüyünüz kimi, evdən çıxmadan da övladlarımız dərslərinə davam edir”.

 

Naxçıvan Muxtar Respublikasına təyyarə uçuşlarının dayandırıldığını bildirən Ülviyyə Həmzəyeva digər hərəkət qrafikinə nəzarət olunduğunu da söyləyib:

 

“Dövlət Gömrük Komitəsinə Sədərək gömrük keçid məntəqəsindən keçməklə Naxçıvan Beynəlxalq Hava Limanından Bakı şəhərinə yola salınan vətəndaşların keçidini, Dövlət Miqrasiya Xidməti və Xarici İşlər Nazirliyinin Naxçıvan Muxtar Respublikasındakı İdarəsi birlikdə həyata keçirir. Bütün xarici ölkə vətəndaşlarının muxtar respublikaya gəlişinin dayandırılması, həmçinin muxtar respublika ərazisinə bütün nəqliyyat vasitələrinin giriş-çıxışının dayandırılmasına nəzərət edilir. Yalnız tranzit yüklərin daşınmasına icazə verilib. Tranzit yük maşınlarının da dezinfeksiya edilməsi, kiçik həcmli yüklərin sərhəd gömrük anbarlarında boşaldırılaraq, sürücülər mütəmadi yoxlanılır və onların hərəkət qrafiki nəzarət olunur”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Futbolçuları yox, əsgərlərimi təbrik edirəm” - Qurban Qurbanov 2 Oktyabr 2020, 00:56 COVID-19 təhlükəsi işıq sürəti ilə yayılır 2 Oktyabr 2020, 00:41 “Qarabağ” qələbəsini əsgər salamı ilə qeyd etdi 2 Oktyabr 2020, 00:27 Türkiyədən Azərbaycana dəstək davam edir 2 Oktyabr 2020, 00:21 Xocavəndin işğalından 28 il ötür 2 Oktyabr 2020, 00:06 Cəbhə gündəliyi: 1 oktyabrda nələr oldu... - Rəsmi XƏBƏRLƏR 1 Oktyabr 2020, 23:57 Türkiyədə daha 67 nəfər koronavirusdan öldü 1 Oktyabr 2020, 23:43 “Qarabağ”dan möhtəşəm qələbə - 7-ci dəfə AvroLiqanın qrup mərhələsində... 1 Oktyabr 2020, 23:27 Ermənistan qırıcıları Azərbaycan sərhədində 1 Oktyabr 2020, 23:18 Avropa Parlamenti Dağlıq Qarabağ münaqişəsini müzakirə edəcək 1 Oktyabr 2020, 23:06 "Guardian" nəşrinin Qarabağla bağlı yazısına cavab verildi 1 Oktyabr 2020, 22:54 “Rusiya Qarabağ münaqişəsində heç bir tərəfi dəstəkləmir” – Rəsmi Moskva 1 Oktyabr 2020, 22:47 Azay Quliyev “Əl-Cəzirə” televiziyasına müsahibə verib - VİDEO 1 Oktyabr 2020, 22:37 Sabiq müdafiə naziri: “Hazırda cəbhədə mövqe döyüşləri gedir” 1 Oktyabr 2020, 22:30 Ermənilər Azərbaycana qarşı kiberqruplar yaratdılar 1 Oktyabr 2020, 22:13 Baş Polis İdarəsindən komendant saatı ilə bağlı əhaliyə MÜRACİƏT 1 Oktyabr 2020, 21:45 Düşmənin 4 gündə itirdiyi texnikanın QİYMƏTİ 1 Oktyabr 2020, 21:32 Ermənistan İsraildəki səfirini geri çağırdı 1 Oktyabr 2020, 21:26 Azərbaycan nefti bahalaşıb 1 Oktyabr 2020, 21:18 Ceyhun Bayramovun Luici Di Maio ilə telefon danışığı olub 1 Oktyabr 2020, 21:09 Müdafiə Nazirliyi hərbi attaşelərə və beynəlxalq təşkilatlara düşmənin təxribatından DANIŞDI 1 Oktyabr 2020, 20:45 “Ağlı, dərrakəsi olmayan məhz Ermənistandır” - Tural Gəncəliyev  1 Oktyabr 2020, 20:35 Rusiyanın baş prokuroru Qarabağ münaqişəsinin  BMT TŞ-nın qətnamələri əsasında həllini dəstəkləyir 1 Oktyabr 2020, 20:26 Ceyhun Bayramov səfirlə görüşüb -FOTO 1 Oktyabr 2020, 20:18 Azərbaycan millisi ilə qarşılaşacaq Monteneqro yığmasının heyəti açıqlanıb 1 Oktyabr 2020, 20:10 Ukraynada Mixeil Saakaşviliyə hücum edildi 1 Oktyabr 2020, 20:04 Müdafiə Nazirliyi: Döyüş bayrağını qoruya bilməyən Ordunun iki yolu var 1 Oktyabr 2020, 20:00 Təbrizdə Azərbaycana dəstək aksiyası keçirilib - VİDEO 1 Oktyabr 2020, 19:50 Mərakeş Krallığı Dağlıq Qarabağla bağlı nota verdi 1 Oktyabr 2020, 19:40 Əgər belə bir vaxtda da birlik nümayiş etdirmirlərsə... 1 Oktyabr 2020, 19:33 Düşmənin 200-dək tank, 228 artilleriya, 110-dan artıq avtomobil məhv edilib - Müdafiə Nazirliyi 1 Oktyabr 2020, 19:25 Azərbaycan ordusunun əks-hücum əməliyyatları cəbhənin bütün istiqamətlərində davam etdirilir 1 Oktyabr 2020, 19:17 Eskişehirspor futbol klubundan Azərbaycana dəstək 1 Oktyabr 2020, 19:10 Latviyadakı deputat soydaşımızdan Azərbaycana DƏSTƏK 1 Oktyabr 2020, 19:03 Təhsil Nazirliyi: Düşmən təxribatı nəticəsində iki şagird həlak olub, bir müəllim yaralanıb, 11 məktəb dağılıb 1 Oktyabr 2020, 18:56