Modern.az

Koronavirus İspaniyanı ağuşuna alıb - Ölü sayına görə Çini geridə qoydu

Koronavirus İspaniyanı ağuşuna alıb - Ölü sayına görə Çini geridə qoydu

Dünya

25 Mart 2020, 16:29

İtaliyada koronavirus (COVİD-19) xəstələrinin sayı durmadan artmaqdadır.

 

Modern.az xəbər verir ki, bu saata olan məlumata görə, bu gün ölkədə 5,552 nəfərdə koronavirus infeksiyası aşkarlanıb. Eyni zamanda bu gün virusdan ölənlərin sayı 443 nəfərdir.

 

Qeyd edək ki, ötən gün İspaniyada 4749 şəxsdə virus aşkarlanmışdı. Ölənlərin sayı isə 497 nəfər idi. 

 

İspaniyada bu günədək koronavirusa yoluxanların sayı 47,610, virusdan ölənlərin sayı isə 3,434 nəfərdir.

 

 

İspaniya koronavirusa yoluxanların sayına görə dünyada dördüncü, ölənlərin sayına görə isə üçüncü sıradadır. 

 

Qeyd edək ki, virusdan ölənlərin syaına görə İtaliya (6,820) birinci, İspaniya (3,434) ikinci, Çin isə (3,281) üçüncü yerdə gəlir.

 

T.İSMAYIL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq