ABŞ Prezidenti Donald Tramp Kanada, Meksika və Kubanın da ABŞ bayrağının rənglərində göstərildiyi xəritə yayımlayıb.
Modern.az xəbər verir ki, Tramp xəritəni “Truth Social” hesabında paylaşıb. Görüntüdə ABŞ-la yanaşı, Kanada, Meksika, Kuba, Qrenlandiya, İslandiya, eləcə də Mərkəzi Amerika və Karib hövzəsinin bəzi əraziləri Amerika bayrağının rənglərinə boyanıb.
Tramp paylaşımına hər hansı şərh əlavə etməyib.
Qeyd edək ki, ABŞ Prezidenti bundan əvvəl də Kanada və Qrenlandiya ilə bağlı ərazi xarakterli açıqlamaları ilə gündəmə gəlib. Sentyabrın 6-da isə Tramp ABŞ-ın Nyu-Meksiko ştatının adının “New America” (“Yeni Amerika”) kimi göstərildiyi başqa bir xəritə paylaşmışdı.
Sözügedən paylaşım hər hansı rəsmi sərhəd və ya ərazi dəyişikliyi anlamına gəlmir.