Modern.az

Seçkidən sonra danışıqlara daha açıq olacaqlar

Seçkidən sonra danışıqlara daha açıq olacaqlar

Dünya

Bu gün, 21:33

Rusiya Dövlət Dumasına seçkilərdən sonra Moskvanın yeni danışıqlara daha açıq ola biləcəyi bildirilir.

Modern.az xəbər verir ki, bu barədə Fransanın “Le Figaro” nəşri məlumat yayıb.

Bildirilib ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner Fransa tərəfinə Rusiyanın seçkilərdən sonra danışıqlara münasibətində dəyişiklik ola biləcəyini bildiriblər.

“Amerikalılar bizə dedilər ki, Duma seçkilərindən sonra Rusiyada danışıqlara yeni hazırlıq yarana bilər və bu kontekstdə danışıqların yenidən başlanmasına hazırlaşmalıyıq”, – Fransa Prezidenti Administrasiyasından jurnalistlərə bildirilib.

Qeyd edək ki, Rusiyada Dövlət Dumasına seçkilərin 18–20 sentyabr tarixlərində keçirilməsi nəzərdə tutulur.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin Paşinyanı Moskvaya çağırdı: Hesabat vaxtıdır!