Arxiv
26 mart 2020, 09:29 | AKTUAL
İspaniya və Fransadakı azərbaycanlılar: “Dövlətimiz tərəfindən çarter reysin açılmasını gözləyirik”

Dünyanı öz cənginə alan koronavirus pandemiyasına indiyədək 466,752 nəfər yoluxub. Onlardan 21,148-i dünyasını dəyişib, 113,807 nəfəri isə sağalıb.

Virusun ən çox qeydə alındığı ölkələr arasında İspaniya və Fransa da var. Belə ki, bu günədək İspaniyada 49,515 nəfər koronavirusa yoluxub, onlardan 3,647 nəfəri vəfat edib. Fransada isə 25,233 şəxs koronavirusa yoluxub, 1,331 nəfər isə bu xəstəlik səbəbi ilə dünyasını dəyişib.

Hər iki ölkə yetərincə turistik ərazi olduğundan burda əcnəbilərin sıx məskunlaşması istisna deyil. Eləcə də azərbaycanlıların həm təhsil, həm də işlə bağlı olaraq yaşadıqları ölkələr arasında İspaniya və Fransa da yer alır.

 

Maraqlıdır, hazırda həmin ölkələrdə yaşayan vətəndaşlarımızın səhhəti necədir? Onların Azərbaycana təxliyyə məsələsi hansı yerdədir?

 

 

 

İspaniyada mövcud durumla əlaqədar Modern.az-a danışan Barselonadakı Azərbaycan Cəmiyyətinin sədri Kərim Kərimov deyir ki, İspaniyada yaşayan vətəndaşlarımız Azərbaycana çarter reysin açılmasını gözləyir:

 

“Martın 14-dən etibarən İspaniyada fövqəladə hal elan olunub. Ərzaq və mağazaya getmək xaricində kimsə küçəyə çıxa bilmir. Sadəcə həkimlər və digər önəmli sahənin adamları küçəyə çıxa bilər, bir də itləri olanlar müəyyən saatlarda heyvanlarını parkda gəzdirmək imkanına sahibdirlər. Əks halda küçəyə çıxanlara polislər tərəfindən ciddi cərimələr tətbiq olunur. Belə şəraitdə gündəlik olaraq burada yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq. Çox şükür olsun ki, hələ vətəndaşlarımızdan heç birində koronavirusa yoluxma halı qeydə alınmayıb. Azərbaycanlılar arasında əvvəldən ünsiyyət var, amma indi votsap üzərindən də bir-birimizlə mütəmadi əlaqə saxlayırıq. Təxliyə məsələsi ilə bağlı isə hələ ki, dəqiq məlumat yoxdur. Amma vətəndaşlarımız davamlı olaraq Azərbaycana qayıtmaq üçün müraciət edir. Dövlətimiz tərəfindən çarter reysin açılmasını gözləyirik. İspaniyadan Azərbaycana qayıtmaq istəyənlər əsasən tələbələr və burada qısa müddətə yaşamağa gələnlərdir. Əvvəldən burada məskunlaşan və işləyən vətəndaşlarımız Azərbaycana qayıtmaq istəmir”.

 

 

Fransa Azərbaycanlıları Koordinasiya Şurasının əlaqələndiricisi Toğrul Zeynalov Fransada insanların mövcud duruma ciddi yanaşmamaları üzündən karantin qaydalarının daha da sərtləşdirildiyini bildirib:

 

“Fransada karantin rejimi srağagündən etibarən daha da gücləndirilib. Burada insanlar vəziyyəti ciddiyə almırdılar, ona görə də qayda-qanunlar bir qədər sərtləşdirildi. Demək olar ki, gündəlik olaraq Fransada yaşayan azərbaycanlılarla əlaqə saxlayırıq. Vətəndaşlarımız arasında virusa yoluxan yoxdur. Təxliyə məsələsinə gəldikdə isə yəqin ki, yaxın zaman ərzində çarter reyslər təyin olunacaq və Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımız geri qayıda biləcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
61 dövlət əmlakı satışa çıxarıldı - HƏRRAC 10 Avqust 2020, 13:00 Qanunsuz işləyən çayxana aşkar edilib 10 Avqust 2020, 12:58 Arnold Şvartsnegger ilk dəfə baba oldu 10 Avqust 2020, 12:55 Gəncədə qanunsuz narkotik saxlayan şəxs tutulub 10 Avqust 2020, 12:47 Rüşvət alarkən yaxalanan məmurun işi məhkəmə gönədrildi 10 Avqust 2020, 12:44 Zığ-Hövsan yolu yenidən qurulacaq 10 Avqust 2020, 12:34 Millət vəkili 6 aylıq fəaliyyəti dövründə 4300 seçicini dinlədi 10 Avqust 2020, 12:32 Putin Lukaşenkonu TƏBRİK ETDİ 10 Avqust 2020, 12:31 Rüşvətxorluqda ittiham olunan generalın həbsdən buraxılması TƏSDİQLƏNDİ 10 Avqust 2020, 12:22 Koronavirusdan qorunmaq üçün 1,5 milyon dollara maska SİFARİŞ ETDİ 10 Avqust 2020, 12:20 Lukaşenkonu ilk o təbrik etdi 10 Avqust 2020, 12:15 Azərbaycanda general-leytenant vəfat edib 10 Avqust 2020, 12:04 Müəllimliyə imtahan vermək istəyənlərin NƏZƏRİNƏ 10 Avqust 2020, 11:57 Peşə təhsili müəssisələrinə sənəd qəbulu başlayır 10 Avqust 2020, 11:52 Ceyhun Bayramov XİN rəhbəri kimi ilk səfərini bu ölkəyə edəcək 10 Avqust 2020, 11:46 Karantini pozan daha bir kafenin sahibi və müştərilər cərimələnib 10 Avqust 2020, 11:43 Bakıda polis əməkdaşı bıçaqlandı – cinayət işi açıldı 10 Avqust 2020, 11:23 Ermənistanda 1 gündə 23 nəfər virusa yoluxub 10 Avqust 2020, 11:15 DTX-nin həbs etdiyi general Əfqan Nağıyev buraxıldı 10 Avqust 2020, 11:11 Xocalı aeroprotundan Livana təyyarə uçub? 10 Avqust 2020, 11:08 Dillər Universiteti "Mənim Çinim" adlı onlayn-foto sərgi keçirir 10 Avqust 2020, 11:00 Koronavirusa görə vaxtından əvvəl azadlığa buraxılan məhkumların SAYI 10 Avqust 2020, 10:52 Xəzərdə suyun səviyyəsi azalıb 10 Avqust 2020, 10:49 Baş nazir Türkiyəyə görə Təhlükəsizlik Şurasının iclasını ÇAĞIRDI 10 Avqust 2020, 10:47 Təhsil Nazirliyi imtahanlarla bağlı yeniliyi açıqladı 10 Avqust 2020, 10:34 Havanı çirkləndirən sexin sahibi 2500 manat cərimələndi 10 Avqust 2020, 10:30 Dəhşətli daşqınlar 60-dan çox can aldı 10 Avqust 2020, 10:22 Prezident seçkilərinin ilkin nəticəsi açıqlandı – Lukaşenko 80,23% səs toplayıb 10 Avqust 2020, 10:18 2500 avtomobil postlardan GERİ QAYTARILIB 10 Avqust 2020, 09:53 Polis 3 tondan artıq narkotik vasitəni yandırdı 10 Avqust 2020, 09:48 Ermənistan ordusu Tovuz və Gədəbəyi atəşə tutdu 10 Avqust 2020, 09:45 Belarusda iğtişaşlarla bağlı cinayət işi açıldı 10 Avqust 2020, 09:41 Azərbaycan banklarında dollar bu qiymətə satılacaq - MƏZƏNNƏ 10 Avqust 2020, 09:34 FHN Kürdə batan şəxsin axtarışlarına başladı 10 Avqust 2020, 09:22 Belarusda seçkisonrası TOQQUŞMALAR – Rezin güllələr, su şırnaqları, yaralı etirazçılar - FOTOLAR 10 Avqust 2020, 09:14