Arxiv
27 mart 2020, 09:48 | ÖLKƏ
İcbari tibbi sığorta ölkə üzrə 3 mərhələdə keçiriləcək - QƏRARDA DƏYİŞİKLİK

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “İcbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığı”nın təsdiq edilməsi haqqında 504 nömrəli Qərarına dəyişiklik edilib.

 

Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) Modern.az-a verilən məlumatda bildirilib.

 

Qərara əsasən ölkə üzrə icbari tibbi sığortanın tətbiqi 3 mərhələdə həyata keçiriləcək:

 

“Belə ki, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi planlaşdırılan 21 inzibati ərazi vahidi, üçüncü mərhələdəki 15 inzibati ərazi vahidi ilə birgə sistemə qoşulacaq. Beləliklə, icbari tibbi sığortanın ikinci mərhələdə tətbiqi aprel ayında deyil, iyul ayında həyata keçiriləcək.

 

İyul ayının 1-dən etibarən icbari tibbi sığorta Gəncə, Naftalan və Şirvan şəhərlərində, Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Samux, Göygöl, Goranboy, Xocalı, Beyləqan, Xocavənd, Ağcabədi, Laçın, Bərdə, Füzuli, Ağdam, Tərtər, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Cəlilabad, Neftçala, Biləsuvar, Cəbrayıl, Salyan, İmişli, Saatlı, Sabirabad, Hacıqabul rayonlarında tətbiq olunacaq.

 

Oktyabr ayının 1-dən etibarən isə Bakı, Sumqayıt, Abşeron, Xankəndi, Qubadlı, Zəngilan və Şuşa əhalisi icbari tibbi sığortanın xidmətlər zərfindən istifadə edəcək”.

 

“Qərara dəyişiklik edilməsinə səbəb bir sıra dövlət qurumlarının, o cümlədən İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin (Agentlik) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) işçi heyətinin və maddi resurslarının ölkədə koronavirus pandemiyası ilə mübarizəyə səfərbər edilməsidir. Koronavirusla bağlı respublikada yaranmış vəziyyət Agentliyin və TƏBİB-in, o cümlədən bütün tibb müəssisələrinin və tibb işçilərinin ölkədə hər an dəyişə bilən sanitar-epidemioloji vəziyyətə hazır olmalarını, onların bütün güc və səylərinin virusla ciddi mübarizəyə yönəltmələrini tələb edir.

 

Qeyd edək ki, hazırda icbari tibbi sığorta 23 şəhər və rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı, Şamaxı, İsmayıllı, Ağsu, Qobustan, Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, Göyçay, Ucar, Zərdab, Kürdəmir, Mingəçevir, Ağdaş və Yevlax) tətbiq edilir”,-deyə rəsmi məlumatda qeyd edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı 5 İyun 2020, 12:07 İcaze.e-gov.az yenidən aktivləşdi 5 İyun 2020, 12:05 Zahid Oruc Eldar Mahmudovun Britaniyadakı mülklərindən DANIŞDI 5 İyun 2020, 12:01 Tələbə qız evlənmək istəmədiyi üçün intihar etdi 5 İyun 2020, 12:00 Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov 5 İyun 2020, 11:56 XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir” 5 İyun 2020, 11:53 Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər - FOTO 5 İyun 2020, 11:50 “Əliqismət Lalayev maaşımı vermir” - Çingiz Əhmədov 5 İyun 2020, 11:47 “4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli 5 İyun 2020, 11:45 Komitə sədri: “Kölgə iqtisadiyyatı ilə aparılan mübarizə...” 5 İyun 2020, 11:43 TƏBİB-dən marketlərlə bağlı MÜRACİƏT   5 İyun 2020, 11:41 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təsdiqləndi - SİYAHI 5 İyun 2020, 11:39 Novruz Aslanov seçiciləri qəbul edib - FOTO   5 İyun 2020, 11:37 “Sürət Hüseynov dar ağacı qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri ordan assın” 5 İyun 2020, 11:34 Rusiyada azərbaycanlı körpə həkim səhlənkarlığının qurbanı oldu 5 İyun 2020, 11:32 Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib 5 İyun 2020, 11:28 Aqil Abbasdan Tarix İnstitutuna Şuşa İTTİHAMI 5 İyun 2020, 11:23 Prezident yolun tikintisinə 3,1 milyon ayırdı   5 İyun 2020, 11:18 Azərbaycan nefti yenidən ucuzlaşdı 5 İyun 2020, 11:13 “Prezidentin maskadan istifadə etməsi, hər kəs üçün nümunə olmalıdır” - Spiker 5 İyun 2020, 11:10 Azərbaycanın səbri tükənməz deyil - Bakıdan Yerevana CAVAB 5 İyun 2020, 11:06 Elektrik qatarlarının hərəkəti dayandırılır - RƏSMİ 5 İyun 2020, 11:02 Şənbə-bazar evdən çıxanları cərimə, hətta həbs gözləyir - XƏBƏRDARLIQ 5 İyun 2020, 11:02 Arvadını öldürmək istəyən şəxs təslim oldu 5 İyun 2020, 10:57 Bakıda narkotik satışı edən şəxs saxlanılıb 5 İyun 2020, 10:56 İran gəmisi batdı, 5 nəfər itkin düşdü 5 İyun 2020, 10:54 Azərbaycanda yoluxanların sayı niyə artır? – ÜST rəsmisindən CAVAB 5 İyun 2020, 10:48 Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 28 ev tikilir 5 İyun 2020, 10:42 Bill Geyts koronovirusa qarşı vaksinlərdə çiplərin olmayacağını deyib 5 İyun 2020, 10:36 Merkel: “Almaniya tarixində ən ağır iqtisadi böhranı yaşayırıq” 5 İyun 2020, 10:29 Pandemiya dövründə bəzi xəstəliklər azalıb - Həkim səbəbləri AÇIQLADI 5 İyun 2020, 10:28 Azərbaycanlı futbol məşqçisi koronavirusa yoluxdu   5 İyun 2020, 10:25 Mətbuat Şurası məhdudiyyətlərə görə jurnalistlərə müraciət etdi 5 İyun 2020, 10:20 Ünvanlı sosial yardımlarla bağlı yeniliklər AÇIQLANDI 5 İyun 2020, 10:15 Müəllimlərin nəzərinə - sənəd qəbulu bu gün başa çatır 5 İyun 2020, 10:11