Modern.az

Hacıqabulda koronavirusa qarşı mübarizə tədbirləri davam edir - FOTO

Hacıqabulda koronavirusa qarşı mübarizə tədbirləri davam edir - FOTO

Aktual

28 Mart 2020, 16:35

Hacıqabul rayonu ərazisində koronavirus infeksiyasına qarşı mübarizə tədbirləri gündəlik davam etdirilir.

 

Modern.az xəbər verir ki, Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargahın qərar və tapşırıqlarına uyğun olaraq Hacıqabul rayonu ərazisində Koronavirus infeksiyasının yayılmasının qarşısının alınması, əhali arasında maarifləndirmə işlərinin aparılması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi üçün rayon İcra Hakimiyyəti yanında xüsusi qərargah yaradılıb.

 

Əhali arasında yaşı 65-dən yuxarı insanların evdən kənara çıxmamaları üçün maarifləndirmə işləri aparılır. Rayon ərazisində epidemioloji durum rayon İcra Hakimiyyəti tərəfindən ciddi nəzarət altında saxlanılır, sanitariya-gigiyena norma və qaydalarına riayət edilməsinə ciddi nəzarət edilir və təxirəsalınmaz profilaktik tədbirlər mütəmadi davam etdirilir. İnfeksiyanın rayon ərazisində yayılmasının qarşının alınması məqsədilə Gigiyena və Epidemilogiya Mərkəzinin həkim və tibb işçiləri tərəfindən şəhərin prospekt və küçələrində, məhəllədaxili yollarda, həmçinin yaşayış binalarında dezinfeksiya işləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır