Modern.az

Dövlət Avtomobil Nəqliyyat Xidmətindən sürücülərə MÜRACİƏT

Dövlət Avtomobil Nəqliyyat Xidmətindən sürücülərə MÜRACİƏT

Aktual

29 Mart 2020, 14:31

Dövlət Avtomobil Nəqliyyat Xidməti (DANX) sürücülərə müraciət edib.

 

Xidmətin mətbuat katibi Nuridə Allahyarova Modern.az-a bildirib ki, bu gün ən həssas risk qrupu sürücülərdir:

 

“Görülən tədbirlər çərçivəsində qaydalara öz sağlamlığınız üçün əməl etməyi sizdən xahiş edirik! Xidmət başındaykən maska və əlcəkdən istifadəyə əməl edin! Bu gün üçün ən ağır işi icra edənlər sırasındasınız. Bundan dolayı qarşınızda baş əyirəm! Ancaq qaydalara əməl edərək, həm özünüzü, həm sərnişinləri, həm də ailə üzvlərinizi qoruyaraq epidemiyanın qarşısını almaqda bütün gücünü səfərbər edən hökümətimizə dəstək vermi olacaqsınız”.

 

N.Allahyarova xatırladıb ki, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən cərimələr nəzərdə tutulub:

 

“Eepidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Hüquqi şəxslər iki min manatdan beş min manatadək məbləğdə cərimə edilir.

Bununla bağlı aidiyyatı müvafiq strukturlar icra mexanizmini tətbiq etdikləri təqdirdə cəza almadan qaydalara əməl edənlər sırasında olaq! Dövlət Avtomobil Nəqliyyatı Xidməti olaraq artıq bütün daşıyıcılara sizin əlcək və maska ilə təmin olunmağınıza dair tapşırıq verilib.
Tanrı cümləmizi bu sınaqdan sağlam çıxarsın!”,- deyə N.Allahyarova qeyd edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi