Modern.az

Nazirlik prokurorluğa müraciət etdi

Nazirlik prokurorluğa müraciət etdi

29 Mart 2020, 15:45

Şəmkir rayonu, Qapanlı-Təzəkənd yolunun kənarında ağacların kəsilməsi ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinə daxil olan şikayəti Nazirliyin yerli qurumunun əməkdaşları yerində araşdırıb.

 

Nazirliyin Mətbuat xidmətindən Modern.az verilən məlumata görə, əraziyə keçirilən baxış zamanı 6 tut ağacının kəsildiyi və təbiətə 4 500 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Araşdırma zamanı ağacların Şəmkir rayonu, Qapanlı kənd sakini Ramiz Musayev tərəfindən kəsildiyi məlum olub. Faktla bağlı akt tərtib olunub.

 

Dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış sənədlər məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbirlərin görülməsi üçün Şəmkir Rayon Prokurorluğuna göndərilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü