Modern.az

Əli Hüseynli yeni medaldan danışdı

Əli Hüseynli yeni medaldan danışdı

Aktual

30 Mart 2020, 14:20

"Bu medalın təsis olunması bizim müstəqil dövlətçilik düşüncəmizin tərkib hissəsidir”.

 

Modern.az xəbər verir ki, bu fikirləri Milli Məclisin bu gün keçirilən iclasında I vitse-spiker Əli Hüseynli "Böyük Vətən Müharibəsində Qələbənin 75 illiyi (1945-2020)" Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar "Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı deyib.

 

Deputat bildirib ki, MDB İcraiyyə komitəsində də Böyük Vətən Müharibəsinin yubiley medalı təsis edilib:

 

"Azərbaycan xalqı Sovetlər Birliyinin tərkibində yaşasa da həm ön, həm də arxa cəbhədə qəhrəmanlıq göstərib. Ona görə də biz bu tarixi hadisəyə böyük ehtiramla yanaşırıq. Xalqımızın etdiyi qəhrəmanlığı ehtiramla xatırlayırıq”.

 

Ə.Hüseynli deyib ki, bu yubiley medalı həmin dövrdə ön cəbhədə və arxa cəbhədə fəaliyyət göstərən, düşmən arxasında döyüşən azərbaycanlılar o cümlədən, o dövrdə faşistlərə qarşı döyüşən əcnəbilərin təltif edilməsi üçün nəzərdə tutulub:

 

“Yubiley medalında bayrağımızın rəngləri əks olunub. Hesab edirəm ki, orden və medallara töhfə vermiş olacağıq. Arzu edirik ki bu medallara layiq olan insanlarımızın sayı daha çox olsun. Bu medalın təsis olunması müstəqil Azərbaycan dövlətinin iradəsidir. Xalqını, vətənini müdafiə etmiş insanlara verilmiş töhfədir".

Telegram
Hadisələri anında izləyin!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar