Arxiv
30 mart 2020, 18:44 | AKTUAL
“Evdə qal”maqla kömək edək- polislərə və həkimlərə 

Bir anlıq Çanaqqalanı xatırlayın: Dövrünə görə ən böyük güclərin ordularına qarşı birləşərək dirəniş göstərən, dilindən “Allahu-Əkbəri” düşməyən, “Vətən, sənin xınalı quzularınız”,- deyən Mehmetçiklərin, bir sözlə, böyük türk xalqının zəfər tarixini bizdən cəmi bir əsr ayırır. “Anlamırsınızmı, biz Canaqqalada türklərlə deyil, Allahla vuruşurduq və əlbəttə ki, məğlub lacaqdıq” fikri ilə məğlubiyyətlərini etiraf edənlərin biz torpaqcanlılardan qorxusu bu gün də var. Nifrətləri isə göz önündədir. 

 

Mövzu tarix deyil. Lakin ibrət götürmək üçün ən gözəl keçmiş elə odur. 

 

Sovet qoşunları tərəfindən diz çökdürülən Almaniya alman xalqının iradəsi ilə illər sonra daha möhtəşəm hala gəldi və bu gün dünyanın supergüclərindəndir. Xalq istədi və etdi. İnsan istəsə edə bilər, deməli, istəsək edə bilərik. 

 

Bu gün adına “mahnılar” qoşulan, “şeirlər” yazılan düşmənlə-koronavirus infeksiyası ilə mübarizə aparmaq üçün top, tüfəng lazım deyil, sadəcə deyilənlərə əməl etmək kifayətdir. Bu çətin günlərdə “evdə qal” çağırışlarını zindan həyatı ilə müqayisə etməyək. Evdə ailənlə, övladlarınla birlikdəsən. Zindanda isə…

 

Dözməliyik, çünki əzizlərimiz var. Dövlət bizim yanımızdadır və görülən hər bir iş, atılan hər addım bu bəladan itkisiz qurtulmaqdır. 

 

Elə bir coğrafiyada yerləşirik ki, dişini qıcayanın ilk zərbəsi bizə dəyə bilər. Başımızın insanlarımızın sağlamlığının qorunmasına qatışdığı bir dönəmdə dövlətimizin zəif düşməsi, gələcəyimiz olan gənclərimizin məhvi üçün sərhədlərimizdən “ağ ölüm” keçirmək istəyənlərin və onların hüquq-mühafizə orqanları tərəfindən tutulması istiqamətində aparılan tədbirlərin statistikasına heç nəzər yetirmisinizmi? 

 

Polisin üzərinə bu gün daha böyük görəv qoyulub. Cinayətkarlıqla qətiyyətli mübarizə və asayişi qorumaqla bərabər, insanların sağlamlğı üçün dövlətin verdiyi qərarların icrasında humanizmini, gücünü də səfərbər edib polis.

 

“Bizim polis işçiləri onları çox mülayim formada başa salmağa çalışırlar. Siz indi yaxşı bilirsiniz ki, bəzi ölkələrdə polis nümayəndələri necə davranırlar. Televizorda görürük, heç iki-üç sual da vermir, dərhal hərəkətə keçir. Bizim polisimiz insanları qoruyur. İndi onların üzərinə böyük yük, böyük məsuliyyət düşür. Onlar da öz sağlamlıqlarını risk altına atırlar. Gecə-gündüz küçələrdə onu başa sal, bunu başa sal”. Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında  çıxış edən cənab Prezidentin bu fikiləri polisin, eləcə də həkimlərimizin necə bir rejimdə işləməsinin bariz nümunəsidir. 

 

 

Laqeydik. Belə olmasaydı, verilən qərarları qulaqardına vurub, “mənə heç nə olmaz”larla ovunub kənddən, rayondan “təcili tibbi yardım maşınları” ilə şəhərə gəlib xəstəliyin daşıyıcısı olduqdan sonra, ölüm ayağında “dövlət mənə kömək eləmir”lə özümüzə haqq qazandırmazdıq.

 

Bütün bunlar azmış kimi, “sapı özümüzdən” olanlar, Azərbaycanı heç zaman güclü, böyük görmək istəməyənlərin yanında “yallananlar” da sosial şəbəkələrdən “hücum”a keçib Azərbaycan Polisini gözdən salmağa çalışırlar. Bu gün sığındıqları ölkələrin bəla qarşısında aciz qalmalarını görə-görə vətəndaşını qorumaq üçün bütün qurumlarını səfərbər edən Azərbaycanı, onun Prezidentini, Polisini hədəfə alanların niyyətini Azərbaycan xalqı daha yaxşı bilir…

 

Ümidliyik. Və nə yaxşı ki, yer üzünün mələkləri var: uşaqlar. Onların polisimizə, həkimimizə dəstək olaraq sosial şəbəkələr vasitəsilə böyüklərə “evdə qal” çağırışları, eləcə də insanların həyatını qurtarmaq üçün öz sağlamlığını təhlükəyə atanları-atalarını, analarını görməyən polis, həkim övladlarının, bütövlükdə xalqımızın Allaha açılan əlləri, duaları, ən əsası, qaydalara riayət etməklə “COVİD-19”a qalib gələcəyik. 

 

Hafiz Təmirov,

polis polkovnik-leytenantı

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıda jurnalist koronavirusdan SAĞALDI 2 İyun 2020, 22:47 Türkiyə korona peyvəndinin istehsalına başladı 2 İyun 2020, 22:37 Tibbi maskadan məcburi istifadə edilməli yerlər - SİYAHI 2 İyun 2020, 22:26 Bu ölkədə azarkeşlərin stadiona girişinə icazə verildi 2 İyun 2020, 22:18 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın üzvləri bəlli oldu - SİYAHI 2 İyun 2020, 22:10 Qərb bölgəsinə dolu düşdü 2 İyun 2020, 21:56 Azərbaycanda müvəqqəti vergi rejimi tətbiq ediləcək 2 İyun 2020, 21:46 Azərbaycanda 95 koronavirus xəstəsi REANİMASİYADADIR - FOTO 2 İyun 2020, 21:24 Türkiyədə 130 min insan koronavirusdan sağaldı 2 İyun 2020, 21:08 Qaradağda iki yük maşını toqquşdu: ölən var 2 İyun 2020, 20:55 Azərbaycanda ailə məsləhət mərkəzləri yaradılacaq 2 İyun 2020, 20:42 “Azərbaycanla AİB arasında uzunömürlü starteji əməkdaşlıq daha da güclənəcək” - Deputat 2 İyun 2020, 20:28 Nazir yol polisinə yeni rəis müavini təyin etdi 2 İyun 2020, 20:16 Azərbaycanda ana və körpə ölümlərinin sayı azalıb 2 İyun 2020, 20:01 Maska taxılmamasına görə cərimələr qüvvəyə mindi - MƏBLƏĞ 2 İyun 2020, 19:52 Qarabağda virusa daha 8 yoluxma faktı TƏSDİQLƏNDİ 2 İyun 2020, 19:39 Rusiya alimləri yoqurta bənzəyən koronavirus vaksini hazırlayıb 2 İyun 2020, 19:27 Gürcüstanda 9 Türkiyə vətəndaşı saxlanıldı 2 İyun 2020, 19:15 Baş Prokurorluğun Bakıda özünü yandıran kişi ilə bağlı MƏLUMATI 2 İyun 2020, 19:00 Müəllimlərin yay məzuniyyətilə bağlı AÇIQLAMA 2 İyun 2020, 18:52 Milli Məclisin növbədənkənar iclasının gündəliyi AÇIQLANDI 2 İyun 2020, 18:45 Prezident uşaqlarla bağlı 2020-2030-cu illər üçün Strategiyanı təsdiq etdi 2 İyun 2020, 18:39 Nyu-Yorkda etirazçılar 2,4 milyon dollarlıq saat oğurladılar 2 İyun 2020, 18:29 Azərbaycanda koronavirusa rekord yoluxma - daha 3 nəfər öldü 2 İyun 2020, 18:17 Təhsil Nazirliyi həbs olunan direktorla bağlı açıqlama yaydı 2 İyun 2020, 18:13 İcra başçısının oğlu vəzifəsindən ÇIXARILDI 2 İyun 2020, 18:06 İngiltərədə COVİD-19-dan ölənlərin çoxu qaradərilidir 2 İyun 2020, 18:06 Bakıda ekspres marşrut xətləri ləğv edilir 2 İyun 2020, 18:06 Arif Məlikovun qəbirüstü abidəsi ucaldılıb 2 İyun 2020, 18:01 “Yol hərəkəti əlifbası” yaradılacaq 2 İyun 2020, 18:00 Yol hərəkətinin təhlükəsizliyi ilə bağlı tədbirlər planı TƏSDİQLƏNDİ 2 İyun 2020, 17:54 Nazirlik 191 obyektdə nöqsan aşkarladı - FOTO   2 İyun 2020, 17:48 Dövlət Komitəsinin sədri növbəti videoqəbul keçirib 2 İyun 2020, 17:43 Putin nüvə silahını tətbiq edə biləcəyi şərtləri AÇIQLADI 2 İyun 2020, 17:41 Bu ilki məzunların attestatları yeni formada veriləcək 2 İyun 2020, 17:38