Arxiv
30 mart 2020, 20:43 | ÖLKƏ
Azərbaycanda YENİ QADAĞALAR: küçəyə çıxmaq məhdudlaşdırıldı

Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti Yanında Operativ Qərargahın yaydığı məlumatda bildirilir:

Fərdi evlərdən və mənzillərdən insanların çıxışı - təxirəsalınmaz tibbi yardıma zərurət olduqda, həyat və sağlamlığa bilavasitə təhlükəli vəziyyət yarandıqda, fəaliyyətinə icazə verilən pərakəndə satış və əhaliyə xidmət göstərən obyektlərə getmək, məişət tullantılarının atılması hallarında, eləcə də xüsusi rejim dövründə fəaliyyət göstərən təşkilatlarda xidməti vəzifələrini icra etmək məqsədi ilə mümkündür.

Qeyd olunanlarla əlaqədar insanların həyat və fəaliyyəti üçün zəruri olan iş və xidmət sahələrindən başqa digər istiqamətlər üzrə fəaliyyət 31 mart 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək dayandırılır.

İnsanların bir-biri ilə ünsiyyətini minimuma endirmək və bununla da infeksiyaya yoluxmanın sürətinin azaldılması məqsədi ilə aşağıdakı iş və xidmət sahələri üzrə fəaliyyət elan olunan müddətdə qadağan edilir:

• Bütün ticarət və ictimai iaşə məkanlarında, o cümlədən restoran, kafe və çay evlərində müştərilərə yerində xidmətlər (supermarketlər, ərzaq mağazaları və apteklərin fəaliyyəti, evə götürmə, çatdırma və onlayn satışlar istisna olmaqla);

• İstirahət və əyləncə məkanları üzrə xidmətlər;

• Mədəniyyət obyektləri, eləcə də muzey və sərgi zalları, kinoteatrların, teatrların, idman zallarının fəaliyyəti;

• Bərbərxanalar, gözəllik salonları, massaj, hamam və kosmetik xidmətlər (o cümlədən bu sahələrdə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Dəfn mərasimləri istisna olmaqla dini ritual xidmətləri, eləcə də  mərasim zallarında, çadırlarda və digər qapalı məkanlarda yas mərasimlərinin təşkili xidmətləri;

• Dərzi xidmətləri (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Fotoatelye/fotostudiyalar (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda xidmət);

• Tədbirlərin təşkili üzrə xidmətlər (o cümlədən bu sahədə müştərinin evində və ya digər məkanlarda ad günləri, toy, nişan və bu kimi mərasimlərin təşkili);

• İdman, sağlamlıq-bərpa üzrə xidmətlər (bu sahədə tibbi xidmətlər istisna olmaqla);

• Fərdi mənzillərdə təmizlik xidmətləri;

• Fərdi tədris və repetitor xidmətləri (o cümlədən bu sahədə evlərdə xidmət).

Bu müddətdə xüsusi rejim dövrünün tələblərinə əməl olunması şərti ilə aşağıdakı istiqamətlərdə fəaliyyətin davam etdirilməsinə icazə verilir:

  • Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən siyahısı müəyyənləşdirilən icra hakimiyyəti orqanları və təşkilatlar.

    2. Səhiyyə və sosial sahə üzrə:

    • Elmi-tədqiqat və laborator xidmətləri

    • Xəstəxanalar, poliklinikalar və digər tibb müəssisələri üzrə xidmətlər

    • Baytarlıq xidmətləri

    • Tibbi avadanlıqların, dərmanların və tibbi vasitələrin istehsalı

    • Sosial xidmətlər

    • Əqli qüsurlu və xüsusi qayğıya ehtiyacı olan şəxslər üçün baxıcılıq xidməti

    3. İnfrastruktur sahəsi üzrə:

    • Kommunal xidmətlər (kanalizasiya və su təchizatı, qaz təchizatı, istilik təchizatı, enerji paylanması)

    • Elektrik enerjisinin istehsalı və təchizatı

    • Su təchizatı və meliorasiya

    • Telekommunikasiya və rabitə xidmətləri

    4. Nəqliyyat və logistika sahəsi üzrə:

    • Hava, dəniz, dəmiryolu və avtomobil nəqliyyatı ilə yük daşımaları

    • Dəmiryolu, dəniz gəmiçiliyi, liman və avtomobil yolları xidmətləri

    • Logistika xidmətləri

    • İctimai nəqliyyat və taksi xidmətləri

    5. Əsas istehsalat növləri:

    • Müdafiə sənayesi məhsullarının istehsalı

    • Neft avadanlıqları və qurğularının istehsalı

    • Qida məhsullarının və onlar üçün xammal istehsalı, qida məhsullarının tədarükü, təchizatı, saxlanılması və topdan satışı

    • Gündəlik baxım və gigiyena vasitələrinin istehsalı

    • Kimyəvi məhsulların istehsalı

    • Kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, o cümlədən fermer təsərrüfatlarının fəaliyyəti

    • Əkinçilik və məhsul yığımı

    • Neft və qazın hasilatı, emalı, saxlanması və satışı

    • Neft və qazın boru kəmərləri vasitəsi ilə ötürülməsi

    • Metallurgiya sənayesi üzrə fəaliyyət

    • Tikinti və məişət avadanlıqlarının istehsalı və təmiri

    • Mühəndislik və layihələndirmə xidmətləri

    • Mülki və sənaye təyinatlı bina və qurğuların, yolların tikintisi və təmiri

    • Qablaşdırma məhsullarının istehsalı

    • Daş, metal və taxta məhsullarının istehsalı

    • Mebel istehsalı və təmiri

    • Diri heyvanların kəsimi

    6. Pərakəndə və topdan satış üzrə:

    • Ərzaq məhsullarının satış məntəqələri

    • Apteklər

    • Yanacaqdoldurma məntəqələri

    • Zoomağazalar, o cümlədən heyvanlar üçün yem satışı məntəqələri

    • Tikinti materialları və məişət xırdavatlarının satışı məntəqələri

    7. Məişət xidmətləri üzrə

    • Məişət tullantılarının yığılması və utilizasiyası

    • Poçt xidmətləri

    • Kimyəvi təmizləmə

    • Mənzillər istisna olmaqla yaşayış binalarının təmizlənməsi

    • Avtomobillərin təmiri

    • Avtomobil yuyulma məntəqələri

    • Tərcümə xidmətləri

    • Heyvan sığınacaqları

    • Dizayn xidmətləri

    8. Kütləvi informasiya vasitələri

    9. Maliyyə təşkilatları üzrə

    • Banklar və valyuta mübadiləsi məntəqələri

    • Sığorta təşkilatları

    • Ödəniş xidmətləri və klirinq xidmətləri göstərən təşkilatlar

    10. Xüsusi xidmət növləri üzrə

    • Çatdırılma xidmətləri

    • Məişət avadanlıqlarının təmiri

    • Dezinfeksiya xidmətləri

    Karantin dövründə hər bir şəxs və təşkilat tərəfindən elektron ticarətdən istifadəyə üstünlük verilməlidir.

    Xüsusi rejim dövründə fəaliyyət göstərəcək dövlət və özəl təşkilatların siyahısı və iş rejimi əlavə olaraq müəyyən ediləcəkdir.

    COVID-19 virusunun uzun inkubasiya dövrünün olmasını, yayılma sürətini nəzərə alaraq, vətəndaşlarımızdan bir daha Ümumdünya Səhiyyə Təşkilatının, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və qaydalarına riayət etmək, özünütəcrid tədbirlərinə uyğun davranmaq, evdən çıxmaq zərurəti yarandığı hallarda tibbi-profilaktik qaydalara əməl etmək və insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini gözləmək tələb olunur. Koronavirus xəstəliyi üçün xarakterik simptomların hiss olunduğu hallarda 103, 113 təcili tibbi yardım xidmətinə, 1542 nömrəli qaynar xəttə zəng etmək ciddi tövsiyə edilir.
  • BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
    + Arxiv
    Sumqayıtda dəhşətli qəza - iki nəfər öldü 30 May 2020, 09:32 “Yaradıcılıqla məşğul olmaq üçün universiteti atdım” – Rəvan Cavidlə “Şənbə söhbəti”   30 May 2020, 09:30 Bizim Coco Chanel - Müasir Azərbaycanın ən məşhur aktrisası üçün FOTOVALS 30 May 2020, 09:26 Bakıda polis əməliyyat keçirdi - saxlanılanlar var  30 May 2020, 09:20 Türkiyədə yaşayan vətəndaşlarımızdan xəbər var - Tələbələr çarter reys gözləyir 30 May 2020, 09:15 Bu ölkədə fövqəladə vəziyyət rejimi daha 6 ay uzadıldı 30 May 2020, 09:07 İrəvan şəhəri nə üçün ermənilərə verildi?.. - TARİX 30 May 2020, 09:00 2 milyard dollarlıq ZİYAFƏT - Hakimiyyəti məhv edən MƏRASİM? - FOTOLAR 30 May 2020, 08:42 Bakıda taxta bazarında yanğın... 30 May 2020, 08:24 Dünyada koronavirusa yoluxanların sayı 6 milyonu ötdü 30 May 2020, 02:46 Daha bir ölkə koronavirusa qalib gəldi 30 May 2020, 01:34 ABŞ-dan Çinə qarşı yeni sanksiya 30 May 2020, 00:56 Koronavirus bu ölkədə işsizlərin sayın ikiqat artırdı 30 May 2020, 00:49 Piyadanı vuran sürücü hadisə yerindən qaçdı 30 May 2020, 00:39 36 ölkə müraciət etdi: Borclar ertələnsin 30 May 2020, 00:24 Bakıda kişini dostu kürəyindən bıçaqladı 30 May 2020, 00:12 Türkiyədən Liviyaya xəbərdarlıq 29 May 2020, 23:59 Bakının mərkəzində KORONAVİRUS təhlükəsi - VİDEO 29 May 2020, 23:46 Fransada koronavirusdan sutkalıq ölü sayı 52 nəfərədək azaldı 29 May 2020, 23:33 ABŞ Ümumdünya Səhiyyə Təşkilatı ilə əlaqələri dayandırdı 29 May 2020, 23:20 Kommersiya elektrik təyyarəsi uğurla sınaqdan keçirilib 29 May 2020, 23:09 Neft 38 dollaradək bahalaşdı 29 May 2020, 22:54 UEFA Çempionlar Liqası ilə bağlı qərar bu tarixdə veriləcək 29 May 2020, 22:38 Bakıda qonşu qonşunu bıçaqladı 29 May 2020, 22:29 Bu ərazilərdə tibbi maskadan istifadə məcburi olacaq - RƏSMİ 29 May 2020, 22:16 Deputatdan politoloqa ETİRAZ 29 May 2020, 22:07 14 yaşlı yeniyetmə bədbəxt hadisə nəticəsində öldü 29 May 2020, 21:58 Silahlı insidentdə iki nəfər yaralandı 29 May 2020, 21:47 Azərbaycanda koronavirus şübhəsi olan  289 603 nəfər olub - FOTO 29 May 2020, 21:33 Naxçıvanda komanda-qərargah məşqi keçirilib 29 May 2020, 21:22 Virus 27 121 nəfərin həyatına son qoydu 29 May 2020, 21:08 Qara dərili jurnalist belə saxlanıldı - VİDEO 29 May 2020, 20:55 Son sutkada daha 28 nəfər koronavirusdan ölüb 29 May 2020, 20:42 Makqreqor yenidən Həbiblə qarşılaşa bilər 29 May 2020, 20:31 Türkiyədə bağlanan məscidlər 74 gün sonra açılıb 29 May 2020, 20:15