Modern.az

İnsanlar yalnız yaxın market və apteklərə gedə biləcək

İnsanlar yalnız yaxın market və apteklərə gedə biləcək

30 Mart 2020, 20:31

"Bütün əhaliyə 24 saat küçəyə çıxmaq qadağan olunur. Yalnız o şəxslərə çölə çıxmaq olarki, onlar üçün xüsusi icazə olsun".

Modern.az  xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib.

İbrahim Məmmədov  bildirib ki, insanlar ancaq yaxın ərazilərdə olan market və apteklərə gedə bilər: "Bir də zibillərin atılması üçün çölə çıxa bilərlər. Hazırda Bakı, Sumqayıt və Abşeronda nəqliyyat vasitələrinin hərəkəti sərbəstdir. Amma küçəyə çıxmaq qadağası varsa, nəqliyyat vasitələrinin hərəkətinə də məhdudiyyət qoyulacaq".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ramiz Mehdiyevin yazışmaları ortaya çıxdı