Arxiv
31 mart 2020, 08:16 | MEDİA
Vaşinqtonda yaşayan azərbaycanlı jurnalist: “Amerikalılar azərbaycanlılardan fərqli olaraq qaydalara əməl edir” - MÜSAHİBƏ

Günümüzün əsas problemi və müzakirə obyekti Covid-19 adlanan koronavirus və onun gətirdiyi fəlakətdir.  Bütün dünya ictimayyətinin diqqəti koronavirusun dərmanını hazırlamağa çalışan böyük dövlətlərə, o cümlədən ABŞ-a yönəlib.

ABŞ-da yaşayan azərbaycanlı jurnalist Qənirə Ataş Modern.az-a müsahibəsində okeanın o tayındakı vəziyyət, Vaşinqtonun koronavirusla mübarizə tədbirləri barədə danışıb.

- Salam Qənirə xanım. Hazırda Amerikanın hansı regionları koronavirus pandemiyasının mərkəzi kimi göstərilir?


- Episentr kimi üç əsas nöqtə deyiblər: Kaliforniya, Vaşinqton - yəni Amerikanın şimal-qərbi, son bir həftədə isə Nyu York buraya qoşuldu. Növbəti hədəf kimi isə Luiziana ştatı göstərilir. Çində və ardınca Avropada virusun yayılmasından sonra Amerika öz tədbirlərini gördü. Amerika hər gen mətbuat konfransı keçirir və öz planları haqqında danışır. Lakin bu o demək deyil ki, Amerika bir həftədən sonra öz qapılarını açacaq və uçuşları bərpa edəcək. Amerika prezidenti Donald Tramp öz çıxışında bildirib ki, “biz iqtisadi gücümüzü insan tələfatı verərək bərpa edə bilmərik”. Ölkənin təkliflər paketi var. Buraya dövlət strukturlarının atacağı addımlar və sadə vətəndaşların davranışları daxildir. Sadə vətəndaşdan isə evdə oturub təlimatlara əməl etmək tələb olunur.


- Söylədiniz ki, sadə vətəndaşlardan evdə oturub karantinə və təlimatlara əməl etmək tələb olunur. Bəs Amerika vətəndaşları bunlara riayət edirmi?


- Öncə onu söyləmək istərdim ki, Amerika vətəndaşının Azərbaycan vətəndaşından əsas fərqi ondadır ki, onlar qoyulan qaydalara əməl edirlər. Mən Azərbaycanı yaxından izləyirəm və çox təəssüf edirəm ki, karantin elan olunmasına baxmayaraq, bəzi insanlar bir yerə toplaşır, məsələn, ad günləri keçirirlər. Gənclər bir-birinin evlərinə toplaşıb şənlənirlər. Bir çox ailə və qohumluq ənənələri davam edir. Mən düşünürəm ki, nə üçün bizim insanlar belə edirlər? Evdən çıxmamaqla bu virusun qarşısı alına bilər. Amerikanı idarə edənlər bizə öz həyatımızı evdən sürdürməyi tövsiyə ediblər və biz də buna əməl edirik. Covid-19 artıq bütün bəşəriyyəti öz qarşısında silkələyir. Bu silkələnmənin qarşısında dik dayanmaq üçün bizdən tələb olunanlara əməl etməliyik. Mənim bu hadisələrdən sonra Amerika əhalisinə olan hörmətim bir daha artdı, çünki onlar dövlətin çağırışlarına əməl edirlər. Nyu York özü yatmayan şəhər idi. İlin və günün bütün vaxtlarında burada əhali sıx olurdu. Lakin bu gün Nyu York küçələri tamamilə boşdur.


- Tam olaraq nə qədər müddətdir ki, Amerikada karantin elan olunub? Bu müddətdə mağazalara insan axını baş verdimi?


- Martın 30-da buradakı karantin müddətinin 15-ci günü tamam oldu. Karantin elan olunan gündən bir həftə əvvəl insanlar evlərinə çəkilməyə başlamışdılar. İnsanlar bu müddətdə marketlərə axın etdilər və onlara lazım olan hər şeyi alaraq evlərinə çəkildilər. Amerikalılar əsasən hazır yeməkləri almağa üstünlük verirdilər və onları alıb buzluqlara yerləşdirirdilər. Karantina hamı əməl edir. ABŞ dövləti elan etdi ki, insanlar onlara lazım olacaq qədər ərzaq alsın. Mən özüm yaşadığım Vaşinqton şəhərində ərzaq almaq üçün “Kasko” deyilən böyük marketə gedirəm. Orada mənə bildirdilər ki, mağazanın üzvü olan alıcılar yalnız bir qutu orqanik yumurta ala bilərlər. Hər şeyə yox, lakin burada da bəzi mallara limitlər qoyulub. Lakin dükanlarda hər şey qurtaranda yenidən gətirilir. Çünki Amerikada daxili istehsal çox güclü olduğu üçün qida sektorunda heç bir çətinlik yaranmır. Amerika insanı kapitalist cəmiyyətinin üzvüdür. Onlar hər gün işləyirdilər və ölkədə iqtisadi dövriyyə məhz bunun nəticəsində baş verir.
İndi ABŞ dövləti düşünür ki, insanlara işləmədikləri müddətdə dövlət tərəfindən pul verilsin və onlar yenidən dükanlara getdikdə istədiklərini ala bilsinlər. Bunun nəticəsində də dövlət iqtisadiyyatı yenidən dirçəlsin.


- ABŞ prezidenti Donald Tramp Senata hər vətəndaşa 1000 dollar məbləğində yardım göstərilməsiylə bağlı təklif göndərdi və bu gün verilən xəbərdə təklifin qəbul olunduğu bildirilir. Ölkə büdcəsindən yardım üçün 4 trilyon dollar ayrıldı. Bu yardımdan ABŞ-da qrinkart və digər vasitələlə yaşayan əcnəbilərə də düşəcəkmi?


- Trampın adambaşına 1000 dollar ödənilməsi təklifini Senat əvvəlcə qəbul etməmişdi. Sonra isə Amerika prezidenti dedi ki, biz istiyirik ki, hər dörd nəfərlik ailəyə ödəniləcək məbləğ adambaşı 1500 dollardan hesablansın.Yəni 4 nəfərlik bir ailəyə 6000 dollar məbləğində pul ödənilsin. Əgər bir ailədə 3 və ya 4 uşaq varsa məbləğ uşaqların sayına görə artmayacaq. Yenə də, bu məbləğ 6000 dollar təşkil edəcək.
Bu gün isə Senat təklifi qəbul etdi. Sizin sualınızın digər hissəsinə gəlincə isə Amerika dövləti burada yaşayıb dövlətə vergi verən hər bir insanı özündən sayır. Vergi verən bütün insanlara bu vəsaitin ödənilməsi şamil olunur. Çünki Amerikada kimliyindən asılı olmayaraq, ölkəyə vergi ödəyən bütün insanlara böyük rəğbət var.


- Koronavirusun  ölkəmizdə yaratdığı problemlərdən biri tibbi spirt və maska qıtlığı oldu. Bəzi apteklər artıq hər insana bir maska satır. Çoxlarında isə ümumiyyətlə maska tapmaq olmur. Bəs Amerikada necə, bu cür problemlər yaşanır?


- Heç bir ölkə bu fəlakətə hazır deyil. Nəzərə alsaq ki, ABŞ-da 350 milyon insan yaşayır, ölkədə hal-hazırda 350 milyon maska tapılması absurddur. Lakin istehsal artıb. Tutaq ki, bir fabrik cib dəsmalı istehsal edirdisə, indi artıq istehsalı dəyişib maska buraxır. Burada da apteklərdə spirt və maska qıtlığı yaşanır. İnsan hər yerdə insandır. Burada da bəzi insanlar var ki, ehtiyacı olmadan evlərinə spirt daşıyırlar. Lakin insanın formalaşmasında mühitdən də çox şey aslıdır. Amerika və Azərbaycan insanı bir-birindən təbii ki, fərqlidir. Biri kaptalizmdən, digəri isə sosializmdən çıxıb. Amerika vətəndaşları son illərdə müharibə görməyib, lakin Azərbaycan vətəndaşı bu gün də müharibə şəraitində yaşamaqdadır.Təlabat artdıqca təbii ki, məhsul azalır. Bunun üçün də hər bir dövlətin bu fəlakətdən çıxış üçün hazırladığı konsepsiyalar var və vətəndaşlar da onlara əməl etməlidirlər.


- Bu yaxınlarda mediamızda Donald Trampın Covid-19-la mübarizədə istifadə olunacaq dərmanın adını açıqlamasıyla bağlı  xəbərlər yayılmağa başladı. Müxtəlif manşetlərlə Trampa istinadən yazıldı ki, xəstəlik iyun ayında bitəcək. Bu xəbərlər doğrudurmu?


- Xeyr. Bu xəbərlərin heç biri doğru deyil. Bunlar ya tərcüməçilərin səhvidir, ya da uydurmadır. Amerika prezidenti “Akterma” və “Hidroksin xlorid” haqqında danışıb. Deyib ki, bu dərmanlar şəkər və revmatizm xəstəliklərində istifadə olunub. Amerika prezidenti bildirib ki, bu dərmanlarla ağır xəstəliklərlə mübarizədə effektiv nəticə əldə etmək olar. Tramp təbii ki, həkim deyil. Prezidentin yanında böyük elmi araşdırmaçılar çalışır və onlar bunu təhlil edərək ona bildirirlər. Mən özüm də, medianı oxuyuram və görürəm ki, Tramp haqqında olmazın yalnış məlumatlar yazırlar. Mənim özümün ona şəxsi rəğbətim olmayıb, lakin bu hadisədən sonrakı davranışlarına görə Trampa hörmətim artdı. Nəinki mənim, bütün Amerika xalqının həssas davranışlarından sonra Trampa rəğbəti artdı. Əgər o belə davam edərsə, düşünürəm ki, növbəti seçkilərdə qalib gələcək. Evində oturan hər bir insan ona güvənir. Mən düşünürəm ki, Amerika cəmiyyəti güclü cəmiyyətdir və hesab edirəm ki, bu ölkənin alimləri Covid-19-un qarşısını ala biləcəklər.


- Amerikada koronavirusdan dünyasını dəyişənlər əsasən hansı yaş kateqoriyasına daxildir?


- Məndə olan məlumata görə deyə bilərəm ki, Amerikada ölənlərin hamısı əsasən yaşlı insanlardır. Ölənlər arasında cavanlar yoxdur.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Qobu park 3” yaşayış kompleksinə köçürülmə başladı - FOTO 2 İyun 2020, 17:32 Dərsliklər bu tarixdə təhvil veriləcək  2 İyun 2020, 17:28 Təhsil Nazirliyi bu müəllimlərə güzəşt etdi - Rəsmi 2 İyun 2020, 17:22 "WhatsApp"da yeni funksiya - Artıq bunu edə biləcəksiniz 2 İyun 2020, 17:16 2019-cu ilin dövlət büdcəsinin icrası müzakirə olundu 2 İyun 2020, 17:10 Təhsilalanlara sənədlərin verilməsi ilə bağlı mexanizm olmalıdır - Nazirlik 2 İyun 2020, 17:04 “Proqnoz yaxşı olanda səni qəhrəman edirlər, yaxşı olmayanda...” - Samir Şərifov 2 İyun 2020, 16:58 DİN-dən metrodakı insidentlə bağlı AÇIQLAMA - Saxlanılanlar var 2 İyun 2020, 16:52 Azərbaycandakı bütün təhsil müəssisələrində tədris dayandırıldı - Baş nazirdən SƏRƏNCAM 2 İyun 2020, 16:52 Gəncədə içməli su və kanalizasiya şəbəkələrinin tikintisi davam edir - FOTO 2 İyun 2020, 16:47 İlham Əliyev aviasiya işçilərini təltif etdi - SİYAHI 2 İyun 2020, 16:42 Prezident dini qurumlara maliyyə yardımı ayırdı - SƏRƏNCAM 2 İyun 2020, 16:40 “Xahiş edirəm ki, bununla bağlı cənab prezidentə məruzə edəsiniz” 2 İyun 2020, 16:38 Koronavirusla mübarizə aparan həkimlərlə bağlı daha bir YENİLİK 2 İyun 2020, 16:37 Rusiya G7 üzvlüyünə qaytarılacaq? - CAVAB 2 İyun 2020, 16:33 Deputatdan banklarla bağlı TƏNQİD 2 İyun 2020, 16:28 “Neft gəlirlərimiz 5 milyard dollardan bir az artıq olacaq” - Deputatdan PROQNOZ 2 İyun 2020, 16:25 İş adamı Sumqayıta 1 milyon maska göndərdi - FOTO 2 İyun 2020, 16:20 Azərbaycanda bir kənd koronavirusa görə xüsusi nəzarətə götürüldü  2 İyun 2020, 16:14 “Neft Azərbaycan iqtisadiyyatında problem deyil” - Komitə sədri 2 İyun 2020, 16:08 Kamran Əliyev daha bir prokuroru işdən ÇIXARDI 2 İyun 2020, 16:02 Tutulan məmurların pulları dövlət büdcəsinə qaytarılsın - Deputat 2 İyun 2020, 16:00 Xomeyninin vəfatından 31 il keçir 2 İyun 2020, 15:59 Naftalan şəhərində ölkəmizdə və regionda ilk “Little Free Library” kitabxanası açıldı - FOTO 2 İyun 2020, 15:55 Qətər Əmiri İlham Əliyevi təbrik etdi 2 İyun 2020, 15:50 Yaşı 60-ı ötənlər həftənin cüt günləri işə gedəcək! - QƏRAR 2 İyun 2020, 15:44 Ermənistanın eks-baş naziri: “Azərbaycanın yerində olsaydım, Qarabağa hücum edərdim” 2 İyun 2020, 15:39 Məktəb direktoruna cinayət işi AÇILDI 2 İyun 2020, 15:37 Anasını və bacısını güllələyən şəxs könüllü polisə  GƏLDİ 2 İyun 2020, 15:35 Gömrük Komitəsi 30 milyon manatı büdcəyə ödəyib 2 İyun 2020, 15:25 Koronavirusa qəsdən yoluxdurmanın üsulu TAPILDI 2 İyun 2020, 15:19 Ədliyyə Nazirliyi 5 ayda 48 min doğumu qeydə alıb 2 İyun 2020, 15:13 Rəşid Behbudovun ifa etdiyi daha bir mahnı oğurlandı 2 İyun 2020, 15:08 Koronavirusa yoluxan qadının əri həkimə və polisə yaba ilə hücum etdi 2 İyun 2020, 15:04 “Bu qurumların maliyyə vəziyyəti ürəkaçan deyil” - Samir Şərifov AÇIQLADI 2 İyun 2020, 14:58