Modern.az

Təhsil Nazirliyindən möhtəşəm layihə - VİRTUAL MƏKTƏB”

Təhsil Nazirliyindən möhtəşəm layihə - “VİRTUAL MƏKTƏB”

31 Mart 2020, 12:46

Təhsil Nazirliyi yeni "Virtual məktəb" layihəsini təqdim edir.

 

Nazirlikdən Modern.az-a verilən məlumata görə “Virtual məktəb” layihəsi Təhsil Nazirliyi və "Microsoft" korporasiyası arasında əməkdaşlıq çərçivəsində həyata keçirilir.

 

Hər bir şagird “Virtual məktəb” portalında qeydiyyatdan keçərək öz yaşına uyğun sinfə təyin olunacaq və müəllimlər tərəfindən həftəiçi teledərslərdə tədris olunmuş mövzulara uyğun hazırlanmış ev tapşırıqlarını yerinə yetirəcəklər.

 

“Virtual məktəb” portalında onlayn dərslərin keçirilməsi üçün də imkan yaradılacaq. Eyni zamanda, şagirdlər yoldaşları ilə görüntülü və səsli əlaqə yaratmaq üçün “Chat” funksiyasından istifadə edə biləcəklər.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir