Arxiv
1 Aprel 2020, 18:40 | AKTUAL
Millət vəkili pandemiya ilə bağlı veriləcək imtiyaz və güzəştlərdən DANIŞDI

Azərbaycan Prezidenti İlham Əliyevin "Koronavirus (COVİD-19) pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan Respublikasının iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı bir sıra tədbirlər haqqında" sərəncamına əsasən, iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. İqtisadiyyat Nazirliyi bu proqramların əsas istiqamətləri, əhatə dairəsi, iqtisadi artıma və sahibkarlığa əsas dəstək alətlərini özündə ehtiva edən baza sənədi ictimaiyyətə təqdim edir.

 

Modern.az-ın məlumatına görə, millət vəkili Tahir Mirkişili bildirib ki, dünyada pandemiyanın yayılması, neftin qiymətinin aşağı düşməsi və Azərbaycan dövlətinin vətəndaşının sağlamlığını əsas tutaraq ölkədə məhdudlaşdırıcı tədbirlərin həyata keçirilməsi tədbirləri sahibkarlıq subyektlərinə və iqtisadiyyata təsirsiz ötüşməyəcək. Bu təsirlərin qabaqlanması ilə bağlı Prezident İlham Əliyevin imzaladığı sərəncamın əsas məqsədi sahibkarların bu prosesdən minimum ziyan görməsi və vətəndaşların həyat səviyyəsinin qorunması üçün dövlət dəstəyi proqramlarının hazırlanmasıdır:

"Azərbaycan dövlətinin siyasəti həmişə ardıcıl olub. İlk növbədə, vətəndaşın sağlamlığının qorunması, daha sonra isə iqtisadi dəstək proqramları onu deməyə əsas verir ki, bunlar kifayət qədər düşünülmüş, yaxın, orta və uzun müddətlərə hesablanmış proqramlardır. İqtisadiyyat Nazirliyi tərəfindən iqtisadi dəstək proqramlarının istiqamətləri və əhatəsi ilə bağlı təkliflər artıq elan olunub. Əhatə kifayət qədər genişdir. Bu proqramı 600 minə yaxın insanı və bir neçə istiqaməti əhatə edir. Pandemiyanın təsiri ilə ziyana düşən 44 mindən çox sahibkarla çalışan 304 minə yaxın muzdlu işçiyə birbaşa yardımın göstərilməsi nəzərdə tutulur. Çünki məhz məhdudlaşdırma tədbirləri nəticəsində bu qədər insanın əməkhaqqının ödənilməsində müəyyən çətinliklər mövcuddur. 304 minə yaxın muzdla çalışan insan qeyri-neft sektorunda çalışan insanların təxminən 45 faizindən bir az çoxdur ki, bu da kifayət qədər böyük rəqəmdir. Bundan əlavə, 292 minə yaxın fərdi sahibkara dövlət dəstəyi ilə bağlı proqramlar hazırlanır. Çünki məhdudlaşdırma tədbirləri həm də fərdi sahibkarların, xüsusən xidmət sektorunda fəaliyyət göstərən sahibkarların işinin məhdudlaşdırılmasına gətirib çıxarmışdır".


Millət vəkili qeyd edib ki, vergi güzəştlərində də müəyyən imtiyazların verilməsi, eyni zamanda sahibkarların banklardan götürdükləri kreditlərdə dövlət dəstəyi mexanizmlərinin hazırlanması ilə bağlı kifayət qədər maraqlı istiqamətlər mövcuddur:

“Banklardan kredit götürən sahibkarların və bu dövr ərzində pandemiya ilə bağlı məhdudlaşdırıcı tədbirlərin təsirinə məruz qalan sahibkarların götürdükləri kreditlərin faizlərində dövlət dəstəyi proqramının hazırlanması və dövlətin bu dəstəyi göstərməsi, xüsusən də sahibkarların götürdükləri kreditlərdə kredit faizlərinin 10 faizinə qədərinin dövlət tərəfindən ödənilməsi və yeni götürülən kreditlərdə 60 faizə yaxın girovun dövlət tərəfindən zəmanət verilməsi və 3 illik götürülən kreditlərdə kredit faizlərinin 50 faizinin dövlət tərəfindən ödənilməsi ilə bağlı dəstək proqramında olan müddəalar və bu gün və pandemiyadan sonrakı mərhələdə Azərbaycanda iqtisadi aktivliyin qorunub saxlanılması üçün son dərəcə mühüm əhəmiyyət kəsb edir”.


T.Mirkişili qeyd edib ki, xüsusən tələbələrin təhsil haqqının ödənilməsi, ipoteka, tikinti sektorunun canlanması, eləcə də ödənişlərdə insanlara ediləcək güzəştlər, daşınma fəaliyyəti göstərən şirkətlərin stimullaşdırılması ilə bağlı dövlət dəstəyi proqramında xüsusi müddəalar təsbit edilib:

"Bu proqramın kifayət qədər operativ hazırlanması və icrası ilə bağlı dövlət başçısının verdiyi tapşırıq onu deməyə əsas verir ki, sahibkarlar dövlət başçısının qayğısını və dəsətəyini hər zaman hiss edir və edəcəklər. Çünki məhz bu qayğı və operativlik nəticəsində biz bu sınaqdan üzüağ çıxa və bundan sonrakı dövrə daha yaxşı hazırlaşa, iqtisadiyyatımızda inkişaf dinamikasına nail ola bilərik".

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dövlət Sərhəd Xidməti: Ermə­nistanın yeni döyüş möv­qeyi əldə etmə­si barədə məlumat yalandır 5 İyun 2020, 14:20 Bu gün Beynəlxalq Ətraf Mühit Günüdür 5 İyun 2020, 13:58 Milli Məclisin növbəti iclasının tarixi AÇIQLANDI 5 İyun 2020, 13:53 Deputat Rabitə Nazirliyini “VURDU” 5 İyun 2020, 13:48 Çimərliklərə getməyin! - XƏBƏRDARLIQ 5 İyun 2020, 13:46 At ətini mal əti kimi satanlar tutuldu - FOTOLAR 5 İyun 2020, 13:42 “Vətəndaşı narazı salan hakim məsuliyyətə cəlb edilməlidir” - Siyavuş Novruzov 5 İyun 2020, 13:37 “Məhkəmə-Hüquq Şurası haqqında” qanun dəyişdirilir 5 İyun 2020, 13:32 "Azəriqaz"dan smart-kart sayğacları olanlara xəbərdarlıq - Qazsız qala bilərsiniz 5 İyun 2020, 13:31 Qənirə Paşayevadan etiraz: “Burada hansısa şəffaflıqdan danışa bilmərik” 5 İyun 2020, 13:27 Vətəndaşlar zibil atmağa da gedə bilməzlər - DAXİLİ İŞLƏR NAZİRLİYİ 5 İyun 2020, 13:27 İcra başçısı iki məmurla bağlı prokurorluğa şikayət etdi 5 İyun 2020, 13:25 “Biz onların bəzisi ilə razıyıq, bəzisi ilə qəti razı deyilik” - Samir Şərifov 5 İyun 2020, 13:20 "Azərsu" həftəsonu xüsusi rejimdə işləyəcək 5 İyun 2020, 13:20 Tərcüməçi Həmzəli İlyas vəfat edib 5 İyun 2020, 13:17 Deputatdan Şamaxıda kənd adının dəyişdirilməsinə ETİRAZ: “O kənd türk adıdır” 5 İyun 2020, 13:16 2019-cu il dövlət büdcəsinin icrasına dair sənəd ilk oxunuşda təsdiqləndi 5 İyun 2020, 13:11 Siyavuş Novruzovdan həmkarlarına: “Ayrılan pullar xərclənib, bitib, gedib” 5 İyun 2020, 13:11 Deputat uşaqpulunun bərpasını İSTƏDİ 5 İyun 2020, 13:11 Fransa səfiri Tural Gəncəliyevlə görüşdü 5 İyun 2020, 13:09 Komitə sədri hökumətə təkliflər VERDİ 5 İyun 2020, 13:05 Bakıda “Vinçester”lə havaya atəş açan şəxs TUTULDU 5 İyun 2020, 13:00 Heminquyein naməlum qalmış hekayəsi nəşr olunub 5 İyun 2020, 12:57 Sabahın hava proqnozu AÇIQLANDI 5 İyun 2020, 12:53 Deputat parlamentdə su problemini qaldırdı: “Taxıl zəmisi susuzluqdan yandı” 5 İyun 2020, 12:52 Müəllimlərin sertifikatlaşdırılmasının vaxtı ELAN OLUNDU 5 İyun 2020, 12:46 Bu şəhərlərdə yeni inzibati binalar istifadəyə verildi - Foto 5 İyun 2020, 12:42 Təhsil Nazirliyi tədris ilinin sonunu qarışdıranlara aydınlıq gətirdi 5 İyun 2020, 12:40 Gəncədə abadlıq-quruculuq işləri davam etdirilir - FOTOLAR 5 İyun 2020, 12:37 Rusiyada koronaviruslu xəstələrin sayı 450 minə ÇATDI 5 İyun 2020, 12:34 DİM-dən buraxılış imtahanının iştirakçılarına MÜRACİƏT 5 İyun 2020, 12:32 Polis maskadan istifadə etməyənlərlə bağlı reydləri gücləndirdi - FOTOLAR 5 İyun 2020, 12:29 Ermənistanda COVİD-19-a yoluxanların və ölənlərin sayı ARTIR 5 İyun 2020, 12:26 Ali məktəblərə sənəd verən abituriyentlərin sayı AÇIQLANDI 5 İyun 2020, 12:23 Aybəniz Haşımova qızıl yel xəstəliyinə yoluxdu 5 İyun 2020, 12:19