Arxiv
2 Aprel 2020, 11:33 | ƏDƏBİYYAT
Yusif Vəzir Çəmənzəminli ilə Əlimərdan bəy Topçubaşı arasındakı qarşıdurmanın SƏBƏBİ

Rusiyanın hüdudlarını tərk edərək 1922-ci il dekabrın sonunda İstanbula gələn Məhəmməd Əmin  Rəsulzadə Azərbaycan siyasi mühacirətinin Türkiyədə təşkilatlanması işinə praktiki olaraq sıfırdan başlamalı oldu. Çünki həmin dönəmdə İstanbulda Azərbaycan mühacirətinin heç bir nüfuzlu təşkilatı yox idi, mövcud təşkilatlar isə iflic vəziyyətində idi. Məhz bunu nəzərdə tutaraq M.Ə. Rəsulzadə yazırdı ki, “1922-ci ilin sonunda İstanbula gəldiyim günlərdə oradakı Azərbaycan icmasında qarşılaşdığım mənzərə heç də gözləmədiyim bir fəlakət səviyyəsindəydi”.

Mühacirlər arasındakı intriqa və fikir ayrılıqları səbəbindən İstanbuldakı Azərbaycan konsulluğu da fəaliyyətini dayandırmışdı. Nümayəndəliyinin bağlanmasında o zaman Parisdə olan Əlimərdan bəy Topçubaşının dəstəklədiyi Xəlil Xasməmmədovla Yusif Vəzir Çəmənzəminli arasındakı ziddiyyətlər xüsusilə önəmli rol oynamışdı.

Əlimərdan bəy Topçubaşının belə bir mövqe sərgiləməsi, onun Y.V.Çəmənzəminliyə olan ədavətindən irəli gəlirdi.

Belə ki, 1919-cu ilin aprelində Paris sülh konfransına yola düşənədək Ə.M. Topçubaşı həmiçinin Azərbaycan Cümhuriyyətinin Osmanlı imperiyasındakı fövqəladə və səlahiyyətli səfiri kimi fəaliyyət göstərirdi. Parisə yollanan Topçubaşı bu vəzifəni bir növ “özəlləşdirərək”, səfirin vəzifələrini yerinə yetirməyi öz qaynı – Səfvət bəy Məlikova (1891-1975) tapşırır.

Lakin Azərbaycan hökuməti Əlimərdan bəy Topçubaşının bu təklifini rədd edərək, bir müddət sonra Yusif Vəzir Çəmənzəminlini Azərbaycanın İstanbuldakı səfiri təyin edir. Bu hadisə bir daha göstərir ki, Cümhuriyyət dönəmində yüksək vəzifələrə təyinatlar zamanı namizədlərin əsl-nəcabəti və qohumluq əlaqələri deyil, onların professional keyfiyyətləri əsas götürülürdü. Təbii ki, belə bir qərar Əlimərdan bəy Topçubaşını yümşaq desək, qıcıqlandırır və onun Azərbaycanın baş naziri Nəsib bəy Usubbəyliyə ünvanladığı 1919-cu il 8 iyul tarixli məktubda bu qıcıq açıq-aşkar hiss olunur.

Əlimərdan bəy Topçubaşı bu qərarla barışmalı olsa da, məsələni unutmadı və əlinə ilk imkan düşən kimi Y.V.Çəmənzəminlidən “qisas”ını aldı. Belə ki, üstündən iki il keçdikdən sonra, Y.V.Çəmənzəminli ilə X.Xasməmmədov arasında İstanbuldakı Azərbaycan nümayəndəliyinə rəhbərlik etmək üstündə qarşıdurma yaranarkən, Ə.b. Topçubaşı birmənalı şəkildə sonuncunu dəstəklədi. Bununla da, Ə.b. Topçubaşı ilə Y.V.Çəmənzəminli arasında münasibətlər birdəfəlik korlanmış oldu və sonralar sonuncunun Ə.b. Topçubaşının ünvanına kəskin ittihamlar səsləndirməsinə gətirib çıxardı.


Aydın Balayev,
«Məhəmməd Əmin Rəzaulzadə. Siyasi portret»

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Poçt şöbələrinin fəaliyyəti dayandırılır 5 İyun 2020, 12:10 Azərbaycan mahnısının oğurlanması ilə bağlı iddia qaldırıldı 5 İyun 2020, 12:07 İcaze.e-gov.az yenidən aktivləşdi 5 İyun 2020, 12:05 Zahid Oruc Eldar Mahmudovun Britaniyadakı mülklərindən DANIŞDI 5 İyun 2020, 12:01 Tələbə qız evlənmək istəmədiyi üçün intihar etdi 5 İyun 2020, 12:00 Rayonlarda örüş yerləri üstündə ciddi qarşıdurma var - Vahid Əhmədov 5 İyun 2020, 11:56 XİN: “Qayıtmaq istəyən vətəndaşlarımızın çoxu Rusiya və Türkiyədədir” 5 İyun 2020, 11:53 Deputatlar Latviyanın Azərbaycandakı səfirilə görüşüblər - FOTO 5 İyun 2020, 11:50 “Əliqismət Lalayev maaşımı vermir” - Çingiz Əhmədov 5 İyun 2020, 11:47 “4 iyun qiyamının nəticəsi çox acınacaqlı olub” – Əli Hüseynli 5 İyun 2020, 11:45 Komitə sədri: “Kölgə iqtisadiyyatı ilə aparılan mübarizə...” 5 İyun 2020, 11:43 TƏBİB-dən marketlərlə bağlı MÜRACİƏT   5 İyun 2020, 11:41 Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının üzvləri təsdiqləndi - SİYAHI 5 İyun 2020, 11:39 Novruz Aslanov seçiciləri qəbul edib - FOTO   5 İyun 2020, 11:37 “Sürət Hüseynov dar ağacı qurmuşdu ki, Əli Kərimlini, İsa Qəmbəri ordan assın” 5 İyun 2020, 11:34 Rusiyada azərbaycanlı körpə həkim səhlənkarlığının qurbanı oldu 5 İyun 2020, 11:32 Özbəkistandakı azərbaycanlılara maddi dəstək göstərilib 5 İyun 2020, 11:28 Aqil Abbasdan Tarix İnstitutuna Şuşa İTTİHAMI 5 İyun 2020, 11:23 Prezident yolun tikintisinə 3,1 milyon ayırdı   5 İyun 2020, 11:18 Azərbaycan nefti yenidən ucuzlaşdı 5 İyun 2020, 11:13 “Prezidentin maskadan istifadə etməsi, hər kəs üçün nümunə olmalıdır” - Spiker 5 İyun 2020, 11:10 Azərbaycanın səbri tükənməz deyil - Bakıdan Yerevana CAVAB 5 İyun 2020, 11:06 Elektrik qatarlarının hərəkəti dayandırılır - RƏSMİ 5 İyun 2020, 11:02 Şənbə-bazar evdən çıxanları cərimə, hətta həbs gözləyir - XƏBƏRDARLIQ 5 İyun 2020, 11:02 Arvadını öldürmək istəyən şəxs təslim oldu 5 İyun 2020, 10:57 Bakıda narkotik satışı edən şəxs saxlanılıb 5 İyun 2020, 10:56 İran gəmisi batdı, 5 nəfər itkin düşdü 5 İyun 2020, 10:54 Azərbaycanda yoluxanların sayı niyə artır? – ÜST rəsmisindən CAVAB 5 İyun 2020, 10:48 Lerikdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə 28 ev tikilir 5 İyun 2020, 10:42 Bill Geyts koronovirusa qarşı vaksinlərdə çiplərin olmayacağını deyib 5 İyun 2020, 10:36 Merkel: “Almaniya tarixində ən ağır iqtisadi böhranı yaşayırıq” 5 İyun 2020, 10:29 Pandemiya dövründə bəzi xəstəliklər azalıb - Həkim səbəbləri AÇIQLADI 5 İyun 2020, 10:28 Azərbaycanlı futbol məşqçisi koronavirusa yoluxdu   5 İyun 2020, 10:25 Mətbuat Şurası məhdudiyyətlərə görə jurnalistlərə müraciət etdi 5 İyun 2020, 10:20 Ünvanlı sosial yardımlarla bağlı yeniliklər AÇIQLANDI 5 İyun 2020, 10:15