Modern.az

Evdən çıxmayın, əks halda xəstəxanalarda yer olmayacaq - TƏBİB

Evdən çıxmayın, əks halda xəstəxanalarda yer olmayacaq - TƏBİB

Hadisə

2 Aprel 2020, 12:30

“Vətəndaşlar əsas olmadan evdən çıxmasınlar”.

 

Modern.az-ın məlumatına görə bunu bu gün keçirilən mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva deyib.

 

O qeyd edib ki, əks halda xəstəxanalarda yer olmayacaq və ölkədə pis vəziyyət yaranacaq:

 

“Vəziyyət pisləşmədən biz bu qadağaları qoymaq məcburiyyətindəyik. Xəstələrin sayı artsa süni nəfər aparatlarını necə çatdıra bilərik? Yoluxma sayı artdıqca, vəziyyət çətinləşə bilər. Bu vaxta qədər xaricdən gələnlərdə aşkarlanırdı. Amma indi Azərbaycanın bütün bölgələrindən yoluxma təsdiqlənir. Ona görə də vətəndaşlar evdə oturmalıdırlar".

 

Onun sözlərinə görə, ölkədə bu vəziyyətin yaranmasına heç kim hazır deyildi:

 

"Biz hazırlaşmamaışdıq ki, 5 min nəfəri karantində birdən saxlaya bilərik. Biz buna hazır deyildik. Amma yenə də biz çalışırıq ki, bu problemin öhdəsindən gələk. Məqsədimiz bu gün əhalini kənardan gələn virusdan qorumaqdır. Buna görə də çalışırıq insanları karantin şəraitində saxlayaq”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu