Modern.az

Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST

Koronavirusa virusa yoluxanların sayı daha 76 190 nəfər artıb - ÜST

Dünya

4 Aprel 2020, 00:01

Son bir gündə virusa yoluxanların sayı daha 76 190 nəfər artıb.


Modern.az xarici mediaya istinadən xəbər verir ki, virusdan ölənlərin sayı 4 826 nəfər artıb.


Ümumdünya Səhiyyə Təşkilatının gündəlik informasiya bülletenində bildirilir ki, virusa ən çox yoluxanlar və ölənlər əvvəlki kimi Avropa regionunda qeydə alınıb. Avropada gün ərzində koronavirusa yoluxanların sayı daha 39 139 nəfər artıb, ölənlərin sayı 3 502 nəfər təşkil edib. Bununla da Avropada koronavirusa yoluxanların sayı 542 145 nəfərə, ölənlərin sayı 37 106-a çatıb.

Şimali və Cənubi Amerikada koronavirusa 247 473 nəfər yoluxub, 5 600 nəfər ölüb.


Qeyd edək ki, dünyada koronavirusa yoluxanların sayı 972 640 nəfərə çatıb. İndiyədək 50 325 nəfər koronavirusun qurbanı olub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir