Arxiv
4 Aprel 2020, 15:52 | AKTUAL
İqtisad Universiteti evlərdən distant təhsilə başlayır

6 apreldən başlayaraq Azərbaycan Dövlət İqtisad Universitetində (ADİU/UNEC) distant təhsilin evlərdən təşkilinə son hazırlıq vəziyyəti müzakirə olunub.

 

UNEC-dən Modern.az-a bildirilib ki, UNEC-in rektoru, professor Ədalət Muradov, dekanlar və müvafiq struktur bölmə rəhbələrinin iştirakı ilə keçirilən iclasa millət vəkili, UNEC-in İctimai Nəzarət Şurasıın koordinatoru Etibar Əliyev də qatılıb.

 

İclasda UNEC-də distant tədrisin evdən təşkili ilə bağlı virtual auditoriyaların yaradıldığı, bunun üçün əlavə olaraq 215 yeni lisenziyanın alındığı, tədris materiallarının demək olar ki, 100 faiz müəllimlərin şəxsi kabinetlərinə və dərs cədvəllərinin isə müəllim və tələbələrin şəxsi kabinetlərinə yükləndiyi, müəllimlər üçün virtual təlimlərin tamamlandığı, Distant təhsilin idarəedilməsi üzrə virtual mərkəziin formalaşdığı və bütövlükdə aprel ayının 6-dan başlayaraq, bakalavr və magistrər üçün bütün dərslərin evdən davam etdirilməsi üçün hazırlıq işlərinin tamamlandığı qeyd edildi.

Müzakirələrdə tələbələrin sərbəst işlərinin yazılması məsələsinə toxunulub. Bildirilib ki, aprel ayının sonuna kimi sərbəst işlərin yazılması müvəqqəti olaraq dayandılsın. Tələbələrin biliyinin qiymətləndirilməsi isə mövcud şərait nəzərə alınaraq təşkil olunacaq. “Coursera for Campus” və ACCA sertifikatlarını əldə edən tələbələrin də müfaviq fənlər üzrə biliyinin qiymətləndirilməsi ilə bağlı qaydalar ən qısa vaxtda tələbələrin şəxsi kabinetlərinə göndəriləcək.

 

Qiyabi təhsil alan yuxarı kurs tələbələrinin kəsr imtahanlarının distant təşkil olunacağı qeyd edilərək, Yay Məktəbinin də distant formada keçirilməsinə hazır olmaq və eləcə də operativliyin təmin olunması məqsədilə dekanlıqların onlayn işinin təkmilləşdirilməsi üçün tapşırıqlar verilib.

Web of Science və ya Scopusda indeksləşmiş mənbədə tək müəllifliyilə məqaləsi və ya konfrans tezisi çap olunan UNEC bakalavrları Yekun Dövlət Attestasiyasından azad olunacaq. Həmçinin UNEC magistrinin tək müəllifliyilə, dissertasiya mövzusuna uyğun mövzuda və impaktı 0.5-dən az olmayan Web of Science və ya Scopusda indeksləşmiş mənbədə çap olunan məqaləsi magistr dissertasiyasının müdafiəsi kimi qəbul ediləcək.
İclasa qatılan millət vəkili Etibar Əliyev UNEC-in mövcud durumda operativliyini yüksək qiymətləndirərək, görülən işlərin təhsilin fasiləsizliyinin təmin olunmasına xidmət etdiyini deyib: “Online keçirilən iclasa UNEC İctimai Şurasının koordinatoru kimi qoşuldum. Yaranmış vəziyyətlə əlaqədar ali məktəb üçün əhəmiyyət daşıyan adminstrativ heyətin işinin təşkili və gələcək perspektivlərlə bağlı məsələlərin geniş müzakirəsi keçirildi.

 

İclasda müzakirə olunan məsələlər sırasında 215 virtual auditoriyaya lisenziyanın alınması, müəllimlərin distant təhsilə qoşulmalarında onların texniki imkanlarının vəziyyətinin öyrənilməsi ilə bağlı sorğuların keçirilməsi, evlərdən təhsilin qurulması, imtahanların keçirilmə qaydaları, elektron kitabxananın zənginləşdirilməsi, müəllimlərə təlimlərin təşkili, distant təhsilin keyfiyyətinin yaxşılaşdırılması yolları diqqətimi çəkdi. Artıq bir neçə ildir ki, UNEC distant təhsilin tətbiqi istiqamətində sistemli işlər aparılır və UNEC İctimai Şurasının koordinatoru kimi qeyd etmək istəyirəm ki, bu işin çətinliyinə baxmayaraq, UNEC artıq nümunə göstərə bilir. Düşünürəm ki, yaxın gələcəkdə distant təhsil ənənəvi təhsili tamamlamaqla, həm də zənginləşdirməklə ölkəmizdə insan kapitalının inkişafına öz töhfəsini verəcək.”

UNEC evlərdən distant təhsilə başlayır (FOTO) - Gallery Image UNEC evlərdən distant təhsilə başlayır (FOTO) - Gallery Image UNEC evlərdən distant təhsilə başlayır (FOTO) - Gallery Image UNEC evlərdən distant təhsilə başlayır (FOTO) - Gallery Image UNEC evlərdən distant təhsilə başlayır (FOTO) - Gallery Image UNEC evlərdən distant təhsilə başlayır (FOTO) - Gallery Image    
BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycanda sabiq bələdiyyə sədrini döyüb xəstəxanalıq etdilər 1 İyun 2020, 20:14 Atışmada iki hərbçi öldü 1 İyun 2020, 20:01 Putinlə Tramp telefonla danışdılar 1 İyun 2020, 19:57 AFFA mövsümü dayandırdı - çempion bəlli oldu 1 İyun 2020, 19:48 Milli Məclis müsabiqə elan etdi 1 İyun 2020, 19:39 Mərkəzi Bankdan TƏKZİB: “Qeyd olunan məlumat həqiqəti əks etdirmir” 1 İyun 2020, 19:30 Heydər Əliyev Fondundan azyaşlılara bayram hədiyyələri - Fotolar 1 İyun 2020, 19:20 UNEC-də bəzi kafedra və fakültələr ləğv edildi 1 İyun 2020, 19:10 Qapıları 70 gün müştərinin üzünə bağlı qalan “Mall”lardan FOTOREPORTAJ 1 İyun 2020, 19:00 Azərbaycanda koronavirus testindən keçənlərin sayı 300 mini keçdi - RƏSMİ 1 İyun 2020, 18:52 Litva Prezidenti İlham Əliyevi təbrik edib 1 İyun 2020, 18:44 Azərbaycanda 5 nəfər koronavirusdan öldü - daha 168 nəfər yoluxdu 1 İyun 2020, 18:36 Şəhərdə dolaşan ayı ilə bağlı daha bir AÇIQLAMA 1 İyun 2020, 18:31 Nazirlik yoxlama apardı - 392 obyektdə nöqsan aşkarlandı: “Soliton”, “Optimal elektronika”, “Bol Market”... 1 İyun 2020, 18:23 Azərbaycanda prokuror koronavirusa YOLUXDU 1 İyun 2020, 18:15 Azərbaycanda 12 nəfərin koronavirusa yoluxduğu kənddən VİDEOREPORTAJ 1 İyun 2020, 18:09 Paşinyan koronavirusa Şuşada yoluxub? – AÇIQLAMA 1 İyun 2020, 17:59 İlham Əliyev İtaliyanın dövlət başçısını təbrik edib 1 İyun 2020, 17:55 Bakı şəhər prokurorluğunun əməkdaşı koronavirusdan ölüb? - Rəsmi CAVAB 1 İyun 2020, 17:52 Pandemiya ilə mübarizədə nümunəvi model: Azərbaycanlı jurnalist İspaniya mediasında yazdı 1 İyun 2020, 17:47  Azərbaycanlı alim Türkiyə telekanalında erməni yalanlarını ifşa etdi 1 İyun 2020, 17:41 Sağlamlığı haqqında yalan deyən abituriyentlərin nəticələri ləğv olunacaq 1 İyun 2020, 17:38 Azərbaycandakı koronavirus xəstələri danışdı - VİDEO 1 İyun 2020, 17:32 Təhsil Nazirliyinin qarşısında aksiya keçirən 7 nəfər SAXLANILDI 1 İyun 2020, 17:30 “Əksər yerlərdə 18 yaşına çatmayan uşaqlara siqaret satılır” - Qənirə Paşayeva 1 İyun 2020, 17:28 Nazirlər Kabinetində dörd yeni TƏYİNAT 1 İyun 2020, 17:25 Gəncədə mənşəyi məlum olmayan preparatlar aşkarlandı 1 İyun 2020, 17:21 Karantin rejimində qalan tanınmışlar: “Koronavirus ən çox müğənnilərə zərbə vurdu” 1 İyun 2020, 17:17 Milli Məclisin sabahkı iclasının gündəliyi AÇIQLANDI 1 İyun 2020, 17:13 ABŞ-da “erməni soyqırımı” abidəsini murdarladılar 1 İyun 2020, 17:11 Deputat polislərə əlavə vəsaitin ödənilməsini təklif etdi - VİDEO 1 İyun 2020, 17:09 İstanbul merindən erməni kilsəsindəki olaya REAKSİYA 1 İyun 2020, 17:03 Parlamentin yeni şöbəsinin fəaliyyət istiqaməti müəyyənləşdi 1 İyun 2020, 16:58 Bərbərxana və gözəllik salonları üçün onlayn növbə yaradılacaq 1 İyun 2020, 16:52 ABŞ-dakı iğtişaşlarda Rusiya şübhəli bilinir - Tramp məcburən açıqlama verdi 1 İyun 2020, 16:49